Çərşənbə, 26 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Komissiya üzvü: "ABŞ İranın neft-kimya məhsulları satışını məhdudlaşdıra bilməz"

“Amerika Birləşmiş Ştatları İranın neft-kimya məhsullarının satışını məhdudlaşdıra bilməz”

Bunu İran parlamentinin enerji komissiyasının üzvü Əbdülhəmid Xedri deyib.

Ə.Xedrinin sözlərinə görə, İranın neft-kimya məhsullarının dünyada çoxlu müştəriləri var.

Komissiya üzvü əlavə edib ki, İranın neft-kimya məhsullarını satın alan ölkələrə ABŞ-ın maliyyə təzyiqləri maneə ola bilməz. Çünki onların bu məhsullara ehtiyacı var və bir sıra məhsullar İrana məxsusdur: “ABŞ-ın təhdidini o qədər də effektiv və əhəmiyyətli hesab etmək olmaz. Əksinə, bu təhdidi də fürsətə çevirmək olar”.

Qeyd edək ki, ABŞ 2018-ci il may ayında Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını bəyan və 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. (Trend)

pia.az


Şərh yazın.

loading...