Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyadan deportasiya edilənlərin yeni statistikası

2019-cu ilin birinci rübündə Almaniyadan 5613 nəfər deportasiya edilib

PİA.az bildirir ki, bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 2019-cu ilin yanvar-mart aylarinda İtaliya, Albaniya və Gürcüstana daha çox insan deportasiya olunub. Almaniya Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, ümumilikdə 2019-cu ilin yanvar-mart aylarında Almaniyadan 5613 nəfər deportasiya olunub. Bu məlumatı 12 mayda “Funke” mətbuat qrupu Bundestaqda təmsil olunan “Sol” partiyanın sorğusuna DİN-in verdiyi cavaba istinadən paylaşıb. Miqrantlar daha çox İtaliyaya, Albaniyaya və Gürcüstana göndəriliblər.

Eyni zamanda Maqrib ölkələrinə də 400 nəfər deportasiya edilib. 2018-ci ilin birinci rübündə Almaniyadan deportasiya olunan azərbaycanlıların sayı 100 nəfərdən az olub.

2018-ci ilin eyni dövründə Almaniyadan 6235 nəfər deportasiya edilmişdi. 2018-ci il ərzində umumilikdə 24 min nəfər deportasiya edilib.
Parlament fraksiyasının “Sol” partiyadan olan təmsilçisi daxili işlər üzrə ekspert Ulla Jelpke mövcud deportasiya siyasətini tənqid edərək, bildirib ki, bu, insanların daim psixoloji gərginlikdə yaşamasına səbəb olur.

Bununla yanaşı Avropa İttifaqı ölkələrinə ümumilikdə gələn qanunsuz miqrantların sayı azalmaqda davam edir.

Belə ki, 2018-ci ildə Avropa sərhədlərini qanunsuz keçməyə cəhd edənlərin sayı 150 114 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 27 % azalma deməkdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar