Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kimin mirasa xəyanət etdiyi açıq görünəcək"

Davudoğlundan çox sərt mesaj

Yeni partiya qurmaq istiqamətində planlı fəaliyyət göstərən Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu “TRT 1”-də yayımlanan “Paytaxt Abdulhəmid” ötən serialındakı bir epizodda ona və sabiq prezident Abdullah Gülə mesaj verilməsi barədə iddialara cavab verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, serialda ona və sabiq prezident Abdullah Gülə yönələn mesajdan təsirlənmədiyini deyib:

“Məni, əslində, çox narahat etmədi. Amma dünən və bu gün bir şox həmyerlimdən, dostumdan aldığım mesajlar gərəyi ilə bir məsələyə aydınlıq gətirmək istəyirəm.

Bu günlərdə həmin serialla bağlı bir epizod daha çox müzakirə edilir. Həmin epizodda üstüörtülü keçmişdə xain çevrələrin etdiyi əməllərə mesaj verildiyi iddia olunur. Sultan Abdulhəmidin dilindən sabiq millət vəkillərinə, sabiq dövlət vəzifəlilərinə yönəlik mümkün olmayacaq sözlərlə günlük siyasətə bir ismarıc göndərilir.

Mən belə şeyləri heç bir zaman ciddiyə almadım. Bu şəkildə mesajların da dövlət və cəmiyyət əxlaqı baxımından doğru olmadığına inanıram. Ancaq mənə o qədər çox mesaj gəldi ki…

Kədərini ifadə edən, hətta bir dostumzun telefonda “Necə olur sizlərə belə mesaj verilir?”, – deyə ağladığına şahid oldum.

Odur ki, deyirəm: əgər Sultan Abdülhəmidin mirasına sahib çıxacaq birisi varsa, ən çox biz sahib çıxarıq. Gün gələr, kimin mirasa daha çox sahib çıxdığı da, xəyanət etdiyi də açıq görünər”.

Xatırladaq ki, serialda Sultan Abdulhəmdin dili ilə “Gül ağacına su verərik, lakin su həm gülə yarar, həm də tikana. Yanımızda-yörəmizdə su verdiklərimiz tikan olmaya meylənmişsə, sonunda mütləq budayarıq”, – ifadələri səslənib.

Türkiyə siyasiləri isə bu ifadəni məhz AKP-nin qurucularından olan, lakin son illər bu partiyadan kənarlaşmış sabiq prezident Abdullah Güllə baş nazir Davudoğluna göndərilmiş bir mesaj olaraq yozurlar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar