Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda qadınların sayı ciddi şəkildə azalıb”

Dövlət Komitəsi açıqlama verib

Azərbaycanda bir neçə il öncə qadınların sayı ölkə vətəndaşlarının 51.7 faizini təşkil edirdisə, hazırda bu rəqəm 50.1 faizə qədər enib”.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: “Cins nisbətinin pozulması hallarının qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanıb. Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq”.

Şöbə müdiri bu problemlə intensiv şəkildə mübarizə aparılmasının zəruri olduğunu vurğulayıb: “Selektiv aborta birdəfəlik qadağa qoyulsaydı cins nisbəti pozulmayacaqdı və ölkədə artım təbii şəkildə öz axarı ilə inkişaf edəcəkdi. Artımın ləngiməsi isə ana bətnində körpələrin qətlə yetirilməsindən irəli gəlir. Bu da gələcəkdə baş verəcək ciddi problemlərin həyəcan siqnalıdır. Ona görə də bu problemlə intensiv şəkildə mübarizə aparılmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar