Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT baş katibi: "Ticarət müharibələrinin qalibi olmur"

Bu gün ticarət sahəsində ədalətli beynəlxalq əməkdaşlığın canlanmasına nail olmaq, qloballaşmanın mənfi təzahürlərini aradan qaldırmaq və qalibi olmayan ticarət müharibələrinin qarşısını almaq hər zaman olduğundan daha vacibdir

PİA.az AzərTac-a istinadla təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri Dünya Ticarət Təşkilatının tribunasından BMT-nin baş katibi Antonio Quterreş söyləyib.

A.Quterreş vurğulayıb ki, qloballaşma və texnoloji tərəqqi bəşəriyyətə böyük fayda gətirib, iqtisadiyyatın, ticarətin inkişafına, həyat şəraitinin yaxşılaşmasına və yoxsulluğun azaldılmasına kömək edib. O əlavə edib: “Qloballaşma sayəsində ölkələr, biznes və insanlar daha çox qarşılıqlı asılı vəziyyətə düşüblər. Bir çox inkişaf etməkdə olan ölkələr dünya iqtisadiyyatına inteqrasiya ediblər. 1995—2017-ci illərdə onların dünya ticarətindəki payı 30 faizdən 45 faizə yüksəlib. Lakin bütün ölkələr bu şəraitdən faydalana, eyni zamanda, inkişaf etmiş ölkələr də 2020-ci ilədək dünya ticarətindəki payını ikiqat artırmaq hədəfinə nail ola bilməyiblər. Bir çox dövlətlərdə isə qeyri-bərabərliyin səviyyəsi yüksəlir. Hazırda 700 milyondan çox insan, yaxud dünya əhalisinin 10 faizi yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayır. Bu göstərici qloballaşma prosesində kimin qazandığını və kimin itirdiyini açıq şəkildə sübut edir. Məhrumiyyətlərlə üzləşmiş insanlarda hakimiyyətlərə və siyasi strukturlara inam sarsılıb, eyni zamanda, bu prosesdə buraxılan səhvlər beynəlxalq ticarət əməkdaşlığında problemlərə səbəb olub”.

BMT baş katibinin sözlərinə görə, hazırda çoxtərəfli ticarət sisteminin təməlləri çökmək üzrədir. “Daha çox kiçik və az inkişaf etmiş dövlətlər üçün sərfəli olan çoxtərəfli sazişlərdən çəkilmə zərərli tendensiyadır və biz beynəlxalq əməkdaşlığın bərpası üzrə Dünya Ticarət Təşkilatını dəstəkləməliyik. Biz bu təşkilatın 2020-ci ildə balıq məhsullarına subsidiyaların ləğvi və patenti olmayan dərmanların əlçatan olması təşəbbüslərini dəstəkləyirik. Beynəlxalq ticarətin dayanıqlı inkişafa verdiyi töhfə danılmazdır. Lakin bütün üstünlüklərinə baxmayaraq, qloballaşma cəmiyyətdə qorxu yaradıb və çoxtərəfli ticarəti təhlükə altına qoyub”, -deyə A.Quterreş vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar