Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Balayevdən Prezidentlə görüşü haqda açıqlama: "İş-güc barədə söhbət olmadı"

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb

Görüş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə baş tutub.

Bununla bağlı Xalq artisti “Yeni Sabah”a açıqlama verib. O, prezidentlə görüş təəssüratlarının kifayət qədər yaxşı olduğunu deyib:

“Çox mehriban şəraitdə görüşdük. Lakin iş-güc barədə hər hansı söhbət olmadı. Sadəcə bayramlaşdıq. Məclisin sonunda prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva bizim stola yaxınlaşdılar. Oturanların hamısı sənət adamları idi. Ölkə başçısı təkcə mənimlə deyil, hamımızla görüşdü, söhbət etdi. Orda elə bir vəziyyət yox idi ki, işgüzar məsələlərdən və ya sənətdən, kinodan danışaq. Yəni qısa bir görüş oldu”.

Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil. (Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar