Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK Çindən gətirilən malların qiymətini artırır? – Rəsmi

Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir

Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər.

PİA.a xəbər verir ki, bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”, -məlumatda qeyd olunub.

pia.az


Etiket: DGK Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar