Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcov 66 milyon manatdan danışdı

“Son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Sumqayıt şəhərinə 66 milyon manatdan artıq pul ayrılıb.” 

“Son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Sumqayıt şəhərinə 66 milyon manatdan artıq pul ayrılıb. Bunun da nəticəsində Sumqayıtda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 367 lift yenisi ilə əvəz edilib, avtomobil yolları yenidən qurulub”

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu Sumqayıt şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcovun yerli mətbuatda yayımlanan "Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" yazısında qeyd olunub.

Z. Fərəcov yazıda bildirib ki, İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası şəhərin həyatında mühüm hadisələrdir.

Yazıda, həmçinin ölkə başçısı İlham Əliyevin son 16 ildə Sumqayıta etdiyi səfərlərdən, şəhərin inkişafında Azərbaycan prezidentinin xüsusi rolu olduğu vurğulanır.

Bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olduğu qeyd edilib: "Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi ölkədə geniş qeyd ediləcək. Artıq şəhərimizdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir. Şəhər ictimaiyyətinin hər bir nümayəndəsi inkişafın daha da geniş vüsət almasına töhfə verməyi ulu öndərin xatirəsinə ehtiram nümunəsi olaraq mənəvi borc sayır. Dövlətimizin başçısını əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar