Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin anadan olmasının 96-cı ildönü anılıb

İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən verilən məlumata görə, əvvəlcə İqtisadiyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin Hökumət Evinin foyesindəki büstünün önünə gül dəstələri qoyub.

Sonra müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi siyasət korifeyi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ümummilli Liderin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, tarixçi alim Yusif Fərzəliyev Heydər Əliyev barədə xatirələrini danışıb, bu dahi şəxsiyyətin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında həlledici rolu, milli iqtisadiyyatın formalaşdırılmasında misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

Sonra İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı and içərək daimi dövlət qulluğuna qəbul olunub.

İqtisadiyyat Nazirliyinin gənc dövlət qulluqçusu əməkdaşı Bəsirə Hacıyeva Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan, dövlət orqanlarında gənclər üçün yaradılmış şəraitdən danışaraq, Heydər Əliyev yoluna daim sadiq olacağını vurğulayıb.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığı barədə ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü ilə bağlı İqtisadiyyat Nazirliyinin orta ixtisas, bakalavr və magistratura pilləsində təhsil alan şəxslər arasında keçirdiyi elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb, qalibləri mükafatlandırılıblar.(ONA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar