Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın üç dəfə təkrarladığı cümlə: "Tehrandan zəng gözləyirəm"

Lora Rozen

“Əl-Monitor”, 10.05.2019

Prezident Donald Tramp bu gün İranı danışıqlara çağırıb və deyib ki, ABŞİran ədalətli razılığa gələ bilər.

Ağ Evdə keçirilən tədbirdən öncə kuluarda Tramp jurnalistlərə bildirib: “İranla bağlı görmək istədiyim – mənə zəng etmələridir. Onların etməli olduğu yeganə şey budur. Biz anlaşa, ədalətli razılaşma əldə edə bilərik”.

Milli təhlükəsizlik məsləhətçisi Con Boltonun dörd gün əvvəl, yüksəlmiş gərginlikdən qabaq Birləşmiş Ştatların təyyarə daşıyıcısı “Abraham Linkoln” gəmisinin bölgəyə göndəriləcəyi, İran və ya İran dəstəkli proksi qüvvələrin İraqdakı ABŞ hədəflərini vurmağı planlaşdırması barədə açıqlmasından sonra Trampın İranla danışıqlar əminliyi təəccüblüdür.

Çağırış həm də Çərşənbə günü İranın nüvə yanacağı və ağır su ehtiyatları ilə bağlı ultimatumundan sonra dilə gətirilib.

Tramp problemin yüksək risk daşımadığını bildirib. “Mən “yox” demək istəmirəm. Lakin ümid edirəm ki, bu baş verməyəcək”.

O, təyyarə daşıyıcısının bölgəyə hərəkət etməsinə səbəb olan kəşfiyyat məlumatını açıqlamayıb. “Bəli, onlar təhdid etdilər. Bilməli olmadığınız məlumatlar var… İraq və bir çox başqa yerlərdə təhlükəsizliyimiz olmalıdır. Dünyanın ən güclü gəmilərindən birinə sahibik və biz pis şey etmək istəmirik”.

Tramp, həmçinin sabiq dövlət katibi Con Kerrini ittiham edib. Onun sözlərinə görə, Kerri iranlılara Trampla ünsiyyətə girməməyi məsləhət görüb.

Lakin Kerri MSNBC-də bu ittihamın əsassız olduğunu söyləyib.

Con Kerri onlarla tez-tez ünsiyyətdə olur. Kerri onlara zəng etməməyi tövsiyə edir. Bu, “Loqan Qanunu”nun pozulmasıdır”.

Kerrinin təpkisi belə olub: “Prezident Trampın bugünkü açıqlaması sadəcə səhvdir. O, faktlarla əlaqədar səhvlər edir və təəssüf ki, Amerikanın təhlükəsizliyini təmin etmək üçün diplomatiyadan necə istifadə edilməsində də yanılır”.

Tramp deyib: “İranla sazişdən çıxdıqdan bəri iqtisadiyyatlarında qarışıqlıqdır. Onların inflyasiyası var, eşitdiyim qədər, ən yüksək göstəricidədir. Hər həftəsonu etiraz aksiyaları keçirilir…

Biz yalnız onların nüvə silahlarına sahib olmasını istəmirik. Bu, böyük tələb deyil. Onları yaxşı formaya qaytarmağa kömək edə bilərdik. Onlar indi pis vəziyyətdədir”.

Tramp davam edib: “İrana kömək edə biləcəyimiz günə ümid bəsləyirəm. İrana zərər vermək istəmirik. Onların güclü və möhtəşəm, böyük iqtisadiyyata sahib olmasını istəyirəm”.

“Lakin onlar mənə zəng etməlidirlər, – deyə Tramp üçüncü dəfə təkrarlayıb. – Əgər onlar bunu etsələr, biz onlarla danışıqlara başlayarıq. Sirlərimiz yoxdur. Onlar maliyyə cəhətdən çox, çox möhkəm ola bilərlər, böyük potensiala malikdirlər. Durum Şimali Koreyadakına çox yaxındır… Mən bunu edəcəklərini düşünürəm”.

Trampın İrana danışıqlarına istiqamətli açıqlamaları administrasiyanın milli təhlükəsizlik qrupunun çox hissəsi, xüsusilə Boltonın danışıq tonu və replikalarının məzmununa ziddir.

Bir sabiq ABŞ rəsmisi “əl-Monitor”a bildirib: “Bolton hər gün problem yaradır. Biz İrana təzyiqlər siyasətini son məqsəd kimi həyata keçiririk. İranlıların təpki verməsi də bunda irəli gəlir”.

Dövlət katibi Mayk Pompeo bugünkü bəyanatında “artan bir sıra təhdidedici hərəkətlər və ifadələr”ə görə İranı günahlandırıb və ABŞ vətəndaşları və ya maraqlarına hücum edildiyi təqdirdə, ABŞ-ın müdaxilə edəcəyi barədə xəbərdarlıq edib.

Pompeonun sözlərinə görə, “ABŞ və tərəfdaşları müharibə istəmir. Tehrandakı rejim bilməlidir ki, ABŞ vətəndaşlarına qarşı istənilən hücuma cəld və həlledici cavab veriləcək. Bu baxımdan təmkinimiz İranda qətiyyətsizlik kimi səhv başa düşülməməlidir”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: Tramp Tehran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar