Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan silahları Belarusda keçirilən sərgidə nümayiş etdiriləcək

Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə mayın 15-də Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi açılacaq

Müdafiə Sənayəsi Nazirliyindən  verilən məlumata görə, 4 gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük fürsətlər yaradacaq bu platformada - “MILEX-2019” sərgisində müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyq edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar