Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

talin Krupskayanı necə öldürüb?

70 illik yubileydə bir dilim tort, gecikən apendisit əməliyyatı...

Onun öz 70 illik yubileyi gecəsində qəfil ölümü bu günə qədər də müəmma olaraq qalır. Rəsmi həkm rəyində ölüm səbəbi apendisit (kor bağırsağın soxulcanabənzər çıxıntısının iltihabı) göstərilsə də, ortaya çıxan bütün versiyalarda sifarişçinin məhz İosif Stalin olduğu ehtimal edilir.

Maraqlıdır, Stalin Nadejda Krupskayanı hansı səbəblərə görə aradan götürmək qərarına gəlib?

Stalinlə Krupskaya arasında konflikt hələ 1922-ci ildə başlayıb. Həmin ilin may ayında bolşeviklərin lideri Leninin beyninə qan sızması Kremldə gərgin vəziyyət yaradıb. Hakimiyyət uğrunda amansız mübarizə pik həddə çatıb. Leninin silahdaşları, xüsusilə, Trotski həmin vaxt çox populyar olub. Fikir ayrılıqları və siyasi çəkişmələr kəskin şəkildə özünü büruzə verib. Məhz bu ərəfədə Lenin yenicə partiyanın rəhbəri seçilən Stalin haqqında fikrini açıq bildirib, onun partiyaya rəhbərlik etmə bacarığına şübhə ilə yanaşdığını ifadə ediib.

Lenin 1922-ci ilin noyabrında Siyasi Büronun üzvlərinə müraciət edərək, Stalini açıq şəkildə tənqid etməkdən çəkinməyib. Sözsüz ki, Stalin də öz növbəsində bu tənqidlərə qarşı özünəməxsus tədbirlər həyata keçirməyə başlayıb. Sövdələşmələr nəticəsində 30 dekabr 1922-ci ildə partiyanın Mərkəzi Komitəsi şəxsən Stalinin qarşısında Lenini partiya yoldaşları ilə birbaşa əlaqə saxlama imkanından məhrum etmək və onlarla yazışmağa qadağa qoymaq, ümumilikdə proletariatın rəhbərini siyasi proseslərdən təcrid etmək məsələsini qaldırıblar. Mərkəzi Komitə belə bir qərar qəbul edib ki, yalnız Stalinin müvafiq icazəsindən sonra və həkimlər buna öz razılıqlarını bildirdikləri hallarda Leninə partiyanın rəhbər instansiyalarının qərarları haqqında məlumat vermək olar. Stalin bu qərarları Leninin səhhətinə “qayğı göstərməsi” kimi təqdim edib.

1922-ci il dekabrın 21-də Lenin Krupskayadan Trotskiyə ünvanlanacaq məktubu yazmağı xahiş edib. Məktubda bu sətirlər öz əksini tapıb: “Mən laqeyd qalmamağı və Stalinə qarşı hücumu davam etdirməyi təklif edirəm”. Krupskaya yazdığı həmin məktubu Trotskiyə çatdırıb.

Bu hadisə ilə bağlı Vyaçeslav Molotov öz xatirələrində yazıb:

“Məktub məsələsindən elə həmin gün xəbər tutan Stalin Krupskayaya zəng edərək onu Mərkəzi Komitənin qərarını pozmaqda günahlandırdı və onu çox kəskin şəkildə təhqir etdi. Krupskaya Stalinin təhqirini cavabsız qoymadı:

- Yoldaş Stalin, mən Leninin həyat yoldaşı olmaqla yanaşı, həm də onun silahdaşıyam. Özümə borc bilirəm ki, leninizm prisiplərini həyatımın bahasına olsa belə qoruyum.

Hədsiz dərəcədə qıcıqlanan Stalin Krupskayanı növbəti dəfə təhqir etdi:

- Leninlə bir yataqda yatmaq, hələ leninizmi bilmək demək deyil.

Stalin bu sözləri dedi və əsəbi şəkildə dəstəyi yerə qoydu...”

Beləliklə, Stalinlə Krupskaya arasında soyuq münasibətlər hökm etməyə başlayıb. Leninin vəfatından sonra Krupskaya siyasi fəaliyyətini, ictimai işlərini davam etdirib. Mütəmadi olaraq mətbuatda çıxış etsə də, ölkənin ictimai həyatında fəallıq göstərsə də, Krupskaya siyasi müstəvidə əsas fiqurlardan birinə şevrilə bilməyib. Əsasən ölkənin təhsil sahəsində fəaliyyət göstərən sabiq birinci xanım SSRİ maarif komissarının (təhsil nazirinin) müavini vəzifəsində qərarlaşıb. Stalin bütün vasitələrlə onun siyasi fəaliyyətini məhdudlaşdırmağa cəhd edib

Nadejda Krupskaya özünün ictimai-siyasi fəaliyyətində zaman-zaman mövcud hakimiyyətin apardığı siyasəti tənqid edib. Xüsusilə 1937-ci ildən başlayan kütləvi repressiyalar Krupskayanı ciddi narahat edib. Hətta bu haqda partiyanın növbəti qurultayında tənqidi çıxış edəcəyini və Leninin vəsiyyətini, partiyaya rəhbərlik məsələsində Stalinlə bağlı münasibətini bəyan edəciyini vurğulayıb. Krupskaya, “Lenin sağ qalsaydı, indi Stalinin türməsində çürüyərdi” kimi fikri dilinə gətirməkdən də çəkinməyib. Ancaq qəfil ölüm Krupskayanın bütün planlarını yarımçıq qoyub.

 

1939-cu ilin fevral ayında Nadejda Krupskaya 70 illik yubileyi ilə bağlı kiçik bir tədbir keçirməyə hazırlaşıb. Yubiley tədbiri fevralın 26-sı üçün planlaşdırılıb. Bu haqda Stalin də məlumatlı olub. Həmin gün Stalin Krupskayanın yubileyinə xüsusi hazırlanmış tort göndərib. Yubley məclisinin axşamı Krupskayanın səhhəti qəfil pisləşib. Təcili yardım çağırılsa da, həkimlər hansısa səbəbdən çox gec gəliblər. Nəhayət, 3 saatdan sonra Krupskaya Kreml xəstəxanasına çatdırılıb. Ancaq həkimlər onu xilas edə bilməyiblər.

Versiyalara görə, Krupskaya Stalinin göndərdiyi zəhərli tortdan ölüb. Amma ortaya belə bir sual da çıxır: həmin tortdan yubileydə iştirak edənlərin hamısı yeyib və heç biri zəhərlənməyib. Nikita Xruşov sonralar yazdığı xatirələrində qeyd edib ki, həmin tortun yalnız bir hissəsi zəhərli olub və öyrədilmiş xidmətçi məhz həmin hissəni kəsərək Krupskayanın boşqabına qoyub. Araşdırmaçılar bu versiyanın çətin bir kombinsiya olduğunu söyləyiblər.

Digər versiyaya görə, Krupskaya çox sadə sayılan apendisit əməliyyatına qəsdən geçikdirilib. Tarixçilər bu versiyanın daha çox təsdiqləyiblər. Birincisi, ona görə ki, təcili yardım gec gəlib, onlardan qabaq isə yubiley məclisində “NKVD” əməkdaşları peyda olub. İkincisi, kifayət qədər peşəkarların çalışdığı və sutka ərzində cərrah növbəsi olan Kreml xəstəxanasında Krupskayanı əməliyyat etmək üçün uzun-uzadı müzakirə aparılıb və bu “müzakirələr” də Stalinin göstərişi ilə olub. Onu da qeyd edək ki, apendisit əməliyyatı üçün ciddi konsiliuma da böyük ehtiyac olmur.

Beləliklə, Nadejda Krupskaya sağlamlığında təbii ölümə heç bir səsəb olmadığı halda 1939-cu il fevralın 27-də, öz 70 illik yubiley gecəsində müəmmalı şəkildə Kreml xəstəxanasında vəfat edib.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar