Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və IFC birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər

İqtisadiyyat naziri Şahin Mustafayev Yan Van Bilsen ilə görüşüb

Mayın 7-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə uğurlu əməkdaşlıq etdiyini, IFC tərəfindən kredit verilməsi, texniki yardım göstərilməsi, müştəri risklərinin və təşkilatların likvidliyinin idarə edilməsi və digər alətlər vasitəsilə özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

IFC ilə neft-qaz, qeyri-neft sektorunun inkişafı, turizm, İKT, pərakəndə ticarət, investisiya mühitinin təkmilləşdirilməsi, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə əməkdaşlıq edildiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə IFC və İqtisadiyyat Nazirliyinin birgə icra edilmiş “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsinin özəl sektor üçün əlverişli biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ölkənin Doing Business hesabatlarındakı göstəricilərinin yaxşılaşdırılması baxımından verdiyi töhfənin önəmi qeyd edilib. İqtisadiyyat naziri “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”nin icrasına dair imzalanan əməkdaşlıq sazişlərinin və anlaşma memorandumlarının ölkəyə sahibkarlığın inkişafına əlavə stimul verəcəyini vurğulayıb.

Nazir Şahin Mustafayev ölkədə həyata keçirilən islahatlar barədə məlumat verərək, əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.

Korporasiyanın fəaliyyəti barədə məlumat verən IFC-nin Cənubi Qafqaz üzrə regional direktoru Yan Van Bilsen təşkilatın Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərdiyini və Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar