Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan parlamentinin vitse-spikeri Mili Məclisdə

Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstan parlamentinin ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüblər

Nümayəndə heyətinə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri başçılıq edib.

Görüşdə iki ölkə arasındakı münasibətlərdən söz açan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov müstəqillik dövründə əlaqələrimizin müsbət məcrada inkişaf etdiyini bildirib.

Ə.Amaşov Azərbaycanla Gürcüstanın dövlət rəsmiləri və parlamentarilər arasında intensivləşən görüşlərin, qarşılıqlı səfərlərin müsbət nəticələr verdiyini bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

O, bölgədə həyata keçirilən Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi bir sıra qlobal layihələrin regionun inkişafına böyük töhfələr verdiyini qeyd edib və çoxşaxəli əməkdaşlığın möhkəmlənməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığını bildirib.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Z.Dzidziquri ölkəmizlə əlaqələrin daha sıx və möhkəm olmasını arzuladıqlarını bildirib. Z.Dzidziquri ticarət, turizm, sənaye və digər sahələrdə əməkdaşlığı hər zaman dəstəklədiklərini qeyd edib. O, Azərbaycanın qazandığı nailiyyətlərdə dövlət başçısının xüsusi rolu olduğunu bildirib: “Sizin çox güclü Prezidentiniz var. O, çox güclü liderdir”.

Görüşdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rasim Musabəyov, Flora Qasımova çıxış edərək gürcü həmkarlarının diqqətini bir sıra vacib məsələlərə yönəldiblr. Qarabağ müharibəsində qətllər törətmiş erməni terrorçu, separatçı Mixail Avakyana Gürcüstanda qoyulmuş abidə ilə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını Gürcüstan deputatlarının diqqətinə çatdırıblar.

Görüşdə aparılan fikir mübadiləsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə toxunulub. /Trend

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar