Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-la üz-üzə... – Vaşinqton və Ankara niyə yola getmirlər?..

Vaşinqtonun nəzarətində və qoruması altında qurulması gözlənilən yeni sistemlə bağlıTürkiyə müttəfiqi ABŞ-la qarşı-qarşıya qalıb...

Sami Kohen,
“Milliyyet” qəzeti, Türkiyə, 7 may 2019-cu il

Məsələ Orta Şərqə gəldikdə Türkiyə ilə ABŞ arasında bir “strateji ortaqlıq” mümkün deyil. Hətta regional məsələlərdə bir yaxınlıq və ya bərabərlik yoxdur. Əksinə, hansı məsələni diqqətə alsaq, qarşımıza fikir ayrılıqları və uyğunsuzluqlar çıxır.

Bununla bağlı örnəklər siyahısına sonuncu dəfə əlavə olunan maddə də Tramp adminstrasiyasının ortaya atdığı və yeri gəlmişkən, Türkiyəyə də sırımağa çalışdığı “100 ilin lahiyəsi” ilə bağlıdır. Bir növ “Pax Americana” içində Fələstin problemi üçün həll yolu tapmağı, Orta Şərqi yenidən formalaşdırmağı nəzərdə tutan bu layihə ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq çox konkret danışıb.

Keçən gün Türkiyə İnnovasiya həftəsi mərasimində danışan prezident bunun Orta Şərqi “parçalama lahiyəsi” olduğunu deyib və bildirib ki, Türkiyə bunun reallaşmasına icazə verməyəcək. Beləliklə, Vaşinqtonun nəzarətində və qoruması altında qurulması gözlənilən yeni sistemlə bağlı da Türkiyə müttəfiqi ABŞ-la qarşı-qarşıya qalıb.

Uyğunsuzluq siyahısı

Son zamanlarda üzə çıxan uyğunsuzluqlar siyahısındakı problemləri bir də nəzərdən keçirək:

Əlbəttə ki, ən başda Suriya ilə bağlı siyasətlər gəlir. Türkiyə üçün PYD/YPG-nin siyasi konyekturadan kənarlaşdırılması Suriya siyasətinin başlıca hədəfi halına gəlib. ABŞ isə təşkilatı dəstəkləyib öz tərəfinə çəkib. Aylardır gedən müzakirələrə baxmayaraq, Ankara ilə Vaşinqtonu ortaq bir nöqtədə birləşdirəcək bir həll yolu tapılmayıb.

Fələstin məsələsi iki ölkə arasındakı ən ciddi uyğunsuzluqlardan biridir. Türkiyə Fələstin problemini öz missiyası kimi mənimsəmişkən, ABŞ Qüds və Qolan ilə bağlı qərarlarda olduğu kimi tamamilə İsrailə bağlanıb.

Digər bir uyğunsuzluq isə İranla münasibətlər məsələsindədir. Türkiyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyanın əleyhinədir. Özü İranla birlikdə çalışdığı kimi Astana əhatəsində də regional iş birliyi qurur.

Ankaranı Vaşinqtonla üz-üzə gətirən məsələlərdən biri də Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri ilə olan münasibətlərdir. Bu sahədə də hər iki paytaxtın fikirləri toqquşur. Eynilə yaxın zamanda ABŞ tərəfindən gündəmə gətirilməsi gözlənilən “Müsəlman Qardaşlar”a qarşı olan Vaşinqtonun mənfi münasibəti Ankaranın mövqeyinə qarşıdır.

Qısaca Orta Şərq məsələlərində Ankara ilə Vaşinqtonun üz-üzə gəldiyi problemlər bunlardır.

Türkiyənin mövqeyi

Belə bir vəziyyətə gəlməyin başlıca səbəbi iki tərəfin regional məsələlərdə maraqlarının toqquşması və bunun da davranışlarda öz əksini tapmasıdır.

Ankara son vaxtlarda yürütməyə çalışdığı müstəqil siyasətlə bəzi məsələlərdə ABŞ-la üz-üzə gəlməkdən çəkinmir. Bu da Vaşinqtonda Ankaranın etibarlılığı haqda şübhə yaradır.

İqtidarın Orta Şərq siyasəti Türkiyəni ABŞ-la rəqib halına gətirir. Prezident Ərdoğanın bıyanatları Orta Şərq məsələlərində Ankaranın öz bucağını yaratmaq istədiyini göstərir.

Şübhəsiz ki, belə müstəqil şəkildə hərəkət etmək potensialla bağlıdır. Hökumət bu məsələdə özünə inanır. Dolayısı ilə fikir və hərəkətləri də bu yöndədir.

Türkiyənin öz müdafiə sənayesini gücləndirməsi, S-400-lər və F-35-lər məsələsindəki həssaslığı bu bacarığa və rola çatmaqda əsas məqsədidir. Qlobal səviyyədəki diplomatik çıxışları da bu strategiyanın bir parçasıdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar