Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada gərginlik artır

Haftarın ordusu Tripolidə loyal qüvvələrin təyyarəsini vurub

Feldmarşal Xəlifə Haftarın ordusu Tripolidə fəaliyyət göstərən Faiz Saracın Milli Həmrəylik Hökumətinə loyal qüvvələrin hərbi təyyarəsini vurub.

“Sky News Arabia” telekanalı xəbər verir ki, təyyarə Tripolinin cənubunda yerləşən Əl-Hira rayonunda vurulub. Bir qədər əvvəl Haftara sadiq qüvvələr qarşı tərəfə məxsus bir neçə təyyarəni də məhv etmişdi.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Haftara sadiq qüvvələr Tripoliyə hücum edərək paytaxtın cənubunda yerləşən Qaryan və Surman şəhərlərini ələ keçirib. Paytaxta nəzarət edən və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe hərbi birləşmələr isə buna cavab olaraq tam döyüş hazırlığı səviyyəsinə gətirilib və Haftar qüvvələrinə qarşı “Qəzəb vulkanı” əməliyyatına başlayıblar.

Hazırda paytaxt ətrafında qızğın döyüşlər davam edir. Dünya Səhiyyə Təşkilatının Liviya bölməsinin məlumatına görə, toqquşmaların gedişində 430-dan çox insan həlak olub, yaralananların sayı 2 min nəfəri ötüb.

2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən və öldürülməsindən sonra Liviya gərgin siyasi böhran dövrünü yaşayır. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə – Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə – paytaxt Tripolidə isə BMTAvropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmur və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir. (Azərtac)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar