Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX əsgərləri Heydər Əliyevin xatirəsini yad ediblər - Foto

Mərasim Mayın 7-də baş tutub

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoyublar, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.

Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında azərbaycanlaşdırma siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir.

Xalqımız qətiyyətlə əmindir ki, ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.(Oxu.az)

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar