Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Aqrar Sənaye Kompleksində müəmma- KTN-də 32 milyonluq maxinasiyanın başında kimlər durur?

Bərdə rayonunda 2013-cü ildə istifadəyə verilən Qarabağ Aqrar Sənaye Kompleksi qısa zaman sonra proqnozları doğrultmadı

Dövlətin 32 milyon (o zamankı ekvivalentlə 40 milyon dollar) manat vəsaiti hesabına 30 hektarlıq ərazidə inşa edilən kompleksin həm inşası, həm də sonrakı istehsal prosesindəki maxinasiyalar Azərbaycanın ən böyük Aqrar Müəssisəsini iflasa uğratdı.

AzFakt.com-un əldə etdiyi məlumata görə Qarabağ Aqrar Sənaye Kompleksinə ötən ilin əvvəlində sabiq Kənd Təsərrüfatı naziri Heydər Əsədov tərəfindən ezam edilən Əhməd adlı türk iş adamının müəssisədə apardığı audit zamanı milyonlarla manatın büdcədən gizlədildiyi, kompleksin fermalarındakı xarici sort inəklərin kütləvi formada dəyişdirildiyi aşkar olunub. Aparılan auditdən sonra Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayevdən müəssisədən mənimsənilən külli miqdarda pulların geri qaytarılması tələb edilib.

Məlumata görə Vahid Rzayev paytaxtda ona məxsus olan bir neçə bahalı mənzillərini sataraq dövlətə olan külli miqdarda borcdan cüzi də olsa ödəyib. Lakin sonradan Kənd Təsərrüfatı nazirliyində olan yüksək vəzifəli şəxslərin (iddialara görə Kompleksin direktorunun həmin şəxslərlə qohumluq əlaqələri var) dəstəyi ilə Qarabağ Aqrar Sənaye Kompleksinin direktoru Vahid Rzayev dövlətə olan borcun ödənilməsini "dondura" bilib.

Xatırladaq ki, 2017-ci ildə "Aqrolizinq" ASC “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması, borcun tutulması” tələbi ilə Qarabağ Aqrar Sənaye Kompleksini məhkəməyə vermişdi. "Aqrolizinq" ASC-nin müəssisəyə qarşı qaldırdığı iddia məhkəmə tərəfindən qismən təmin edildi.

Hazırda Qarabağ Aqrar Sənaye Kompleksinin istehsal gücünün həddindən artıq zəiflədiyi, hətta öhdəliklərini, işçilərinin maaşlarını vaxtında ödəyə bilmədiyi qeyd edilir.

Qarabağ Aqrar Sənaye Kompleksi ətrafında baş verən digər şübhəli məqam isə ötən ilin yanvar ayında müəssisənin nizamnamə kapitalına dəyişiklik etməsidir. Belə ki, 2013-cü ildə 32 milyon manat nizamnamə kapitalı ilə təsis edilən Qarabağ Aqrar Sənaye Kompleksi 2018-ci ildə kəskin dəyişiklik edərək nizamnamə kapitalını 12 manata endirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar