Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nəsə təxribat hazırlayır, Pentaqon rəhbəri hədələyir

ABŞ-ın “Avraam Linkoln” təyyarədaşıyan gəmisini və bombardmançıların əməliyyat qruplaşmasını Fars körfəzinə göndərməsinin səbəbi İranın hansısa təxribat hazırlaması ilə bağlıdır

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, İsrail kəşfiyyatı İranın körfəzdə “nəsə hücum hazırladığı” barədə ABŞ-a məlumat ötürüb. Lakin İranın planının nədən ibarət ola biləcəyi haqda heç nə məlum deyil.

ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan deyib: “Birləşmiş Ştatların qüvvələri və bizim maraqlarımıza hər hansı hücuma görə İran məsuliyyət daşıyacaq”.

Onun bu bəyanatından az əvvəl Ağ Ev İran sularına yaxın əraziyə təyyarədaşıyan kreyserin göndərildiyini elan etmişdi.

Şanaxan mayın 6-da Twitter-də yazdığı postda İranı habelə “hansısa qeyri-müəyyən təxribatlarda” ittiham edib:"Biz İran rejimini bütün təxribatları dayandırmağa çağırırıq. Biz ABŞ qüvvələrinə və ya bizim maraqlarımıza hər hansı hücuma görə İran rejimini məsul sayacağıq”.

Xatırladaq ki, ABŞ-ın Fars körfəzinə təyyarədaşıyan qruplaşması göndərdiyini prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton mayın 5-də açıqlayıb. “Bir sıra narahatedici və qızışdırıcı əlamətlər və xəbərdarlıqlara cavab olaraq Birləşmiş Ştatlar Mərkəzi Komandanlıq regionuna “USS Abraham Lincoln” Təyyarədaşıyan Zərbə Qrupunu və bombardmançı operativ qrupunu yerləşdirir”, – o bildirib.

Boltonun sözlərinə görə, Yaxın Şərq daxil olmaqla əraziyə hərbi qüvvələrin yerləşdirilməsində məqsəd İran rejiminə aydın və doğru mesajdır ki, Birləşmiş Ştatların və müttəfiqlərinin maraqlarına hər hansı hücum amansız qüvvəylə dəf olunacaq.

Bəyanatda qüvvələrin niyə indi yerləşdirilməsinə aydınlıq gətirilmir. Son zamanlar Vaşinqton İran hökumətinə təzyiqi artırıb, Tehranın regiondakı “ziyanlı” fəaliyyətinə son qoymaq istədiyini deyir.

pia.az


Etiket: İran Pentaqon

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar