Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı ekspert: Ermənistan öz hərəkətləri ilə "yatmış əjdaha"nı oyada bilər

Ermənistan Azərbaycana qarşı təbliğat kampaniyasını davam etdirdikcə və öz əsgərlərini bu ölkənin ərazisində saxladıqca, bir müddət əvvəl Rusiya və ATƏT tərəfindən Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması məqsədi ilə təşkil olunan danışıqlar uğursuzluğa məhkumdur

PİA.az xəbər verir ki, bunu Azernews-a müsahibəsində Azərbaycan və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert qeyd edib ki, Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın Baş naziri Nikol Paşinyan konkret mövqe nümayiş etdirməyib. Belə ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hələ ki regionda təcavüzkar ölkə olaraq qalır.

P.Teys aprelin 10-11-də Nikol Paşinyanın Avropa Şurasında Azərbaycana qarşı təxribatçı çıxışını xatırladıb: "Paşinyan bəyan edir ki, Azərbaycan güc tətbiq etməkdən və hərbi ritorikadan çəkinməlidir. Erməni Baş nazir bu bəyanatı ilə beynəlxalq ictimaiyyəti və Avropa Şurasını aldatmağa çalışır. Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalda saxlayır. Bu ərazilər Azərbaycanın suveren əraziləridir. BMT və onun üzv dövlətləri tərəfindən bu cür tanınır".

Ekspertin sözlərinə görə, N.Paşinyan beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq regionda dayanıqlı sülh, təhlükəsizlik və iqtisadi inkişafın təmin olunması məqsədilə erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün qısa zamanda addımlar atmalıdır.

P.Teys vurğulayıb ki, Ermənistanın Baş naziri ikitərəfli danışıqlarda əldə olunmuş istənilən irəliləyişi ləngidəcək bütün diplomatik vasitələrdən istifadə edir: "Paşinyana təzyiq göstərilməsi üçün Yerevana qarşı beynəlxalq iqtisadi sanksiyalar və onun Cənubi Qafqazda aqressiv fəaliyyətinin daim pislənilməsi çox vacibdir. Yalnız erməni qoşunlarının Azərbaycanın suveren ərazilərindən tam çıxarılmasından sonra uzunmüddətli nəticələrə nail olmaq mümkündür".

Trend xatırladır ki, Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçməsinin mümkünlüyü barədə bəyanatını şərh edən ekspert nəşrə bildirib:

"Ermənistanın NATO-da keçmiş nümayəndəsi olan Tonoyan yeni vəzifəsində diqqətini daha çox Ermənistan ordusunda hərbi qulluqçuların qida təminatının həcminə yönəltməlidir. Onun açıqlamaları Bakını qorxutmayacaq. Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika, mütərəqqi silah texnologiyası və vətənpərvərliyin yüksək səviyyəsinə görə dünya orduları arasında ilk onluğa daxildir. Tonoyanın qüvvələri hərbi əməliyyatlara başlasalar, Azərbaycan tərəfindən qarşısialınmaz bir cavab alacaq. Qədim latın atalar sözündə deyildiyi kimi: "Yatmış əjdahanı heç vaxt oyatma!"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar