Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin xəbərdarlığı və “əlahəzrət inhisar”ın çıxardığı nəticə – 2 ay əvvəl 1.6 manat idi, indi 2.85…

«Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz»

Azərbaycan Republkasının prezidenti İlham Əliyev may ayının əvvəlində Nazirlər Kabineti ilə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirdiyi iclasda bəyan edib: «Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz».

Çox yaxşı, indi baxaq görək, əlahəzrət «inhisar» dövlət başçısının bu bəyanatından hansı nəticəni çıxarıb? Bu suala konkret bir epizod üzrə cavab vermək istəyirəm. Məsələn, bu il Novruz Bayramına qədər Bakı şəhərinin pərakəndə ticarət obyektlərində bir qutu xurmanın qiyməti 1,6 manat idi. Bayram ərəfəsində «hörmətli inhisar» ölkə əhalisinin bayramını özünəməxsus qaydada təbrik elədi – bir qutu xurmanın qiymətini 2,6 manata qaldırdı! Camaat da xeyli «sevincək» oldu…

Bundan «adekvat nəticə» çıxardan «inhisar müəllim» indi də bir qutu xurmanın qiymətini 2,85 manata qaldırıb!

Belə hallar barədə dövlət başçısı deyib: «Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar».

O zaman gözlərimiz qarşısında «zor» bir sual boy verir – bəs, müvafiq nəzarəti kim həyata keçirməlidir, keçirirmi və ya keçirirsə, necə keçirir ki, bir nəticə gözə dəymir?

Bu sətirləri Didye Qular «Mafiya tarixindən» adlı kitabında yazıb: «Siciliyada kimdən soruşsan ki, mafiya haqqında nə bilir, siciliyalı çiyinlərini çəkərək, «mən, belə şey eşitməmişəm» – cavabı verər. O zaman əmin ola bilərsiniz ki, həmin adam mafiya üzvüdür…» (AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar