Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazirin qardaşının əmlakları satışa çıxarıldı

Ziya Məmmədovun qardaşının əmlakı satılır

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb. Bu barədə “Unikal” qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub.

Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir.

Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, “Şamlıq” adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq “nəqliyyat şefi”nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.

Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı “Delfin” hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov “Delfin”lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub.(AzPolitika.info)

pia.az


Etiket: Ziya Məmmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar