Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər bir vətəndaş müsbət dəyişikliklərin şahidi olacaq” – Fuad Ələsgərov

Prezidentin köməkçisi: “Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaq”

“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən məhkəmə-hüquq islahatları sonrakı dövrlərdə daha da genişləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatlar məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə edib”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov deyib. O bildirib ki, bu islahatlar bu gün də davam etdirilir:

“2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalanıb. Bu fərman son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamıdır. Əsas məqsədi məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsi nəzərdə tutulub. Əminik ki, bu islahatlar həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşı məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacaq”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar