Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Medvedyev xalqımızı öz ədəbsizliyi ilə çaxnaşmaya saldı”

ERMƏNİ ANALİTİK MEDVEDYEVİN PAŞİNYANA QARŞI HƏQARƏTLİ DAVRANIŞINI İNCƏLƏYİR

Siranuş Papyan

lragir.am (Ermənistan), 02.05.2019

Həmsöhbətimiz Ermənistan Beynəlxalq Problemlər və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunun qurucusu Stepa Səfəryandır.

-Cənab Səfəryan, internet Rusiya nümayəndə heyətinin və Dmitri Medvedyevin AİB hökumətlərarası şurasının toplantısında Nikol Paşinyanın sözündən sonrakı istehzalı təbəssümünü fəal müzakirə edir. Sizin təəssüratınız necədir?

-Rusiya baş nazirinin yaddaşında Ermənistanla bağlı, ən azı, iki ağrılı xatirə var. Bunun biri 2016-cı ilin Aprel savaşıyla bağlıdır, bundan sonra gözlənilmədən zəif sayılan Ermənistan prezidenti Serj Sərksyan Rusiyanı şiddətli tənqid edərək aşkar şəkildə Medvedyevdən Aprel savaşı zamanı nə baş verdiyini açıqlamağı tələb edib. İttiham əqrəbi açıqca Rusiyaya yönəlmişdi və təsadüfi deyil ki, Medvedyevin səfəri zamanı Rusiyanın Azərbaycanı silahlandırdığı ittihamı da səslənib. Düşünürəm, çətin ki, Medvedyev bu fraqmenti unudar – Moskvaya qayıdanda müavini Dmitri Raqozinə tapşırmışdı ki, həm Ermənistanın, həm də prezidentin ünvanına sayğısız fikirlər söyləsin.

Medvedyevdə daha bir ağır xılt “Qazprom”un elitası və ondan törəmə çevrələrin Ermənistanda fiaskoya uğradığı 2018-ci ilin mayından qalıb, ümid edirdilər ki, Nikol Paşinyan inqilab edər və onu onlara bağışlayar ki, bu da baş tutmadı. Düşünürəm, yığılmış acısını yolverilməz şəkildə əndərdi. Sonra cürbəcür Marqarit Simonyanlar, Kiselyovlar Ermənistandakı antirusiya əhvali-ruhiyyəsindən, sorosçulardan danışdılar, amma Rusiya baş nazirinin kiçik, amma məğrur bir xalqı öz nəzakətsizliyi ilə necə çaxnaşmaya salacağı onların ağlına gəlməzdi – qonaq özünü qonaq kimi aparmır, bığaltı rişxənd edir, çünki görürsünüzmü, Puşkinin dili qaydasında tələffüz olunmur.

Rusiya baş naziri Ernmənistanda özünü ədəbsizcəsinə apardı və üzr istəməli, öz manerasını izah etməlidir, çünki Ermənistanda heç kim rus dilini mükəmməl bilməyə borclu deyil. Hətta Rusiyanın leksikonu söyüş və rəsmiyyətdən hörülən kriminal-oliqarxik kübarları da rus dilinə belə yiyələnməyiblər. Belə maneraları rəva bilmək olmaz, özəlliklə də bu, Ermənistan-Rusiya münasibətlərinin inkişafına şərait yarada bilmir. Sanki cənab Medvedyev inciklikdən yuxarı durmağı bacarardı, amma xeyr. Sadəcə, Rusiya anlamalıdır ki, onun baş naziri öz ölkəsini ələ salıb.

–AİB hökumətlərarası şurasının İrəvan toplantısı bizə nə verdi?

-Rusiyanın baş naziri belə maneraları özünə rəva bildiyindən biz də göstərməliyik ki, bu birliyə Medvedyev və başqaları üçün turist klubu sayaraq ona heç vaxt ciddi yanaşmamışıq. Ölü doğulmuş birlik nə verə bilər? O, Ukrayna məsləsini həll etmək üçün yaradılmışdı, amma bu siyasət alt-üst olub. Ukraynanın yerinə təsəlli kimi Ermənistanı zorla ora qovublar. Təsəvvür etməyə çalışırdılar ki, guya bu, AB-nin analoqudur, amma çox gülməli çıxıb. Qoy ruslar düşünsünlər ki, ölkələri bu birliyə nə ilə cəlb edə bilərlər. Hamının rusca danışmalı olduğu tipli şovinist, böyük dövlət maneraları ilə bunu edə bilməzsən. Bağışlayın, amma bu birliyin ciddilik səviyyəsi Rusiya baş nazirinin ciddilik səviyyəsinə uyğundur.

-Ermənistan-Rusiya münasibətlərində hər şey hamar deyil və baş nazir Paşinyan Medvedyevi qəbul edəndə bunu bildirib. Bu səfər nəyisə dəyişə bilərmi, ya əksinə, baş verən hadisə nəyisə düzəltməyin çətin olacağından danışır?

-Ermənistan-Rusiya münasibətlərinin xilası bir nəfərin əlində deyil. Mən anlayıram, Nikol Paşinyanın təzimləri və səyləri bəzən əndazəsiz görünə bilər, amma bu, ikilikdə oynanılan tanqodur. Buna görə də o biri tərəf ciddilik göstərməlidir. O biri tərəf isə hələlik “genəlir” və düşünür ki, başqalarını ələ sala bilər.

-Zvartnots aeroportunda Rusiya sərhədçilərinin Ukrayna deputatını Ermənistana buraxmaq istəmədikləri insidenti necə dəyərləndirirsiniz? MTX insidenti hələlik şərh etməyib. Narahatlıq üçün ciddi səbəblər varmı?

-Bu, doğrudan da, belədir: düşünürəm, Rusiyada Nikol Paşinyanın Twitter-də Ukraynanın yeni seçilmiş prezidenti Zelenskiyə ünvanlanan Ukrayna dilində təbrikinə hədsiz dərəcədə ciddi yanaşıblar. Ruslar heç də iki ölkənin ucbatından onsuz da zəhərli olan Ermənistan-Ukrayna münasibətlərini açıqca zəhərləməyə çalışırlar. Problem Rusiya idi və belə də qalır. Düşünürəm, bütün bunlar İrəvan və Kiyevin münasibətlərini korlamaq üçün Ermənistan aeroportunda Ukrayna deputatına yaratmağa çalışdıqları əngəllərlə bağlıdır. Bəli, MTX izahat verməyə borcludur, çünki sərhədlərin qorunması birgə həyata keçirilir -RusiyaErmənistan sərhədçiləri tərəfindən.(Tərcümə Strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar