Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi Tehran üçün iki yol

Nikolay Kojanov

“Əl-Cəzirə”, 01.05.2019

ABŞ sanksiyalarının tətbiqindən altı ay sonra İran iqtisadiyyatı çətinliklər çəkməyə başlayıb. Beynəlxalq birliyin nüvə razılaşmasını xilas etmək və İrana qarşı iqtisadi sanksiyaların nəticələrinin ləğvinə kömək etmək üçün səyləri indiyə qədər bar verməyib və ölkənin neft istehsal edən cənub-qərb hissəsində baş verən son daşqınlar vəziyyəti daha da pisləşdirib.

Birləşmiş Ştatlar hökumətinin İran neftinin 8 alıcısına verilmiş möhlətin uzadılmaması barədə qərar qəbul edilməsindən əvvəl İslam Respublikası gündəlik 1,3 milyon bareldən çox neft sata bilirdi. İndi neft ixracının daha da azalması gözlənilir, yəni bu il dövlət büdcəsində kəsir gözləniləndən daha böyük olacaq.

Eyni zamanda, İran hökuməti sanksiyaların təsirini minimuma endirmək üçün tədbirlər görür, amma bu tədbirlər iqtisadiyyatın əziyyət çəkdiyi əsas struktur problemlərindən heç birini həll etmir.

İslam Respublikası 1979-cu ildən sonrakı sosial müqavilənin böyük bir hissəsini təşkil edən sosial təminat vədindən imtina edərək, mövcudluğuna təhlükə yaradır.

Acınacaqlı iqtisadi böhran

Builki büdcə layihəsini hazırlayarkən, Həsən Ruhaninin administrasiyası neft ixracatının, 1 barel üçün 54 dollar olmaqla, təxminən 1,5 milyon barel olmasını planlaşdırıb.

Beləliklə, bu ilin əvvəlində Məclisə təqdim olunan büdcə 4.8 katrilyon rial (mövcud qeyri-rəsmi məzənnə ilə təxminən 470 milyard dollar) səviyyəsində müəyyən edilib və bunun 33 faizini neft gəliri təşkil edir.

Tramp administrasiyası sanksiyaları yenidən qüvvəyə mindirdikdə, neft sektoru 26-31 faiz kiçilib. Neft sənayesindəki azalmanın daha da böyük olması gözlənilir.

Hətta ABŞ İranın neft ixracını sıfıra endirə bilmədiyi halda, satışlar təxminən 1.5 milyon bareldən aşağı olacaq.

Bu il inflyasiya 40 faiz, istehlak qiymətləri 40-60 nisbətində artıb və yoxsul sinif böyük müşküllər yaşayır.

İxrac avadanlıqları, ehtiyat hissələri və xammal maddələrindən çox asılı olan neft-kimya, avtomobil və tikinti kimi əsas sənaye sahələri ötən il dəyərinin 100 faizindən çoxunu itirmiş İran valyutasının məzənnəsindən əziyyət çəkir. İran şirkətlərinin beynəlxalq bazarda satın alma gücü xeyli azalıb.

Ümumən, 2019-cu ildə İranın iqtisadiyyatında tənəzzülün dərinləşməsi gözlənilir, bu da 5,5% və ya daha yüksək təxmin edilən mənfi artımdır.

Yeni problemlər, köhnə düzəlişlər

İqtisadi fəlakət üzündən İran hökuməti paradoksal olaraq milli iqtisadiyyatı yükləyən əsas struktur problemlərdən heç birinə toxunmayan siyasət yürüdür.

Mart ayında qəbul edilmiş büdcə mövcud sosial proqramları davam etdirmək üçün cari xərclərin 16 faiz artmasını, dövlət qulluqçularının əməkhaqlarını inflyasiyaya görə kompensasiya və əsas mal və xammal maddələrini idxal edən şirkətləri ucuz valyuta ilə təmin etmək məqsədi daşıyır. Başlıca ərzaq məhsulları və dərmanlar üçün aşağı qiymətləri saxlamaq üçün təxminən 14 milyard dollar vəsait ayrılıb.

Hökumət daxili qiymətləri tənzimləməyə çalışır. Həmçinin yerli fermerlərin məhsullarına aşağı qiymətə təklif edir.

O, yanacaq və elektrik enerjisinə subsidiya verməyə davam edir və 1980-ci illərin İran-İraq müharibəsi dövründə olduğu kimi, əsas mallar üçün kupon sisteminin bərpasını nəzərdən keçirir.

Amma bu siyasət nə davamlı, nə də səmərəlidir. İranın maliyyə potensialı hökumətin son illərdə həyata keçirdiyi əhəmiyyətli sosial xərclərlələ artıq tükənib. Hazırda illik subsidiyalar və sosial proqramlar büdcənin yarısı hesabına başa gəlir.

Neft ixracının dövlət büdcəsində planlaşdırıldığından aşağı düşməsi faktı hökumətin sadəcə bu siyasətlərin bir hissəsini həyata keçirmək üçün pula malik olmamsı deməkdir.

Əslində, sağ qalmağa çalışan sektorlara əlavə yardım göstərmək üçün o, yalnız bəzi planları yerinə yetirməyə çalışır. Martın ortalarından etibarən İran rəsmiləri avtomobil və avtomobil ehtiyat hissələri istehsalçılarına ayırdıqları kreditlərin 20 faizini təmin etməyib.

Bundan əlavə, hökumət yerli fermerlərdən taxılın zəmanətli alışını təmin etmək üçün vəsaitləri yenidən bölüşmək məqsədi ilə çörək istehsalçılarına ucuz buğda unu verən proqramı ləğv etmək məcburiyyətində qalıb.

Rəsmi Tehranın istehlak qiymətlərini idarə etmək cəhdləri də işləmir. İdxalçıların ucuz xarici valyuta ilə təmin etmə istənilən nəticəni vermir. İran parlamenti ilə əlaqəli düşüncə qurumu olan Məclis Araşdırma Mərkəzi 2018-ci ildə bənzər tədbirin istehlak qiymətləri və inflyasiyaya az təsir göstərdiyini təsbit edib. Çünki ucuz valyuta alıcıları onu ya “qara bazar”da satmaq və ya şişirdilmiş qiymətlərə idxal etdikləri malları satmaq üçün istifadə edib. Quş əti, şəkər, müəyyən meyvə növləri və s. seçilmiş mal-əmtəələrə müvəqqəti ixrac qadağası yalnız qaçaqçılığı stimullaşdırıb.

Eyni zamanda, hökumət uzunmüddətli inkişaf və infrastruktur layihələrinə pul ayırır. Bu ilin büdcəsində İran iqtisadiyyatının neftə olan asılılığını azaltmağa yönəlik Milli İnkişaf Fonduna ayrılan vəsait qeyri-kafidir. Fond, həmçinin, hərbi və mülki xərcləri ödəmək üçün yenidən ayrılmış ehtiyatların bir hissəsini itirib.

İranın ideoloji qüsurları

İran rəhbərliyinin ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməməsininı əsas səbəbi iqtisadi mənbələrə deyil, iqtisadi problemlərin (məsələn, yüksək inflyasiya dərəcələri, artan qiymətlər, qanunsuz iqtisadi fəaliyyət və s.) nəticələrinin aradan qaldırılmasına yönəlməsidir. İqtisadi problemlərin davamlı həll yollarını tapmaq üçün rəsmi Tehran qeyri-bərabər böyük sosial proqramlar və dolayı subsidiyaların azaldılması və ya ən azı optimallaşdırma da daxil olmaqla, bəzi struktur islahatları aparmalıdır.

Bununla belə, İran rəhbərliyi belə addımlar atmaq istəmir, çünki bu, elan etdiyi sosial müdafiə gündəminə qarşı çıxmadır.

1979-cu ildə Ayətullah Xomeyni və onun ardıcılları yeni yaranan İslam Respublikasının əsas vəzifələrindən biri kimi yoxsullar və ya “müstəzəfinlər”in qorunmasını əsas vəzifə elan edib. Beləliklə, onlar yalnız alt siniflərin dəstəyini və rejimin dayanıqlılığını təmin etməli, eyni zamanda, uğuru problemli siyasətə pərçimləyiblər.

Nəticədə, İran hakimiyyəti əsas istehlak mallarının idxalı, istehsalı və paylanmasını nəzarət mexanizmi yaradıb. Buna baxmayaraq, rejimin 40 ildə sağ qalmasına təminat verən bu sistem ağır bir xərclə başa gəlib: iqtisadiyyatı inkişaf etdirmək üçün istifadə edilə biləcək maliyyə resurslarını yandırıb.

Bu gün İran rəhbərliyi həmin sosial müdafiə sistemi ləğvi olmadan ölkənin iqtisadi problemlərini həll edə bilməyəcəyini bilir. Bununla yanaşı, sistemin dəyişdirilməsi ilə istehlak qiymətlərinin dərhal arta biləcəyini də.

Bu şərtlərdə 2019-cu il üçün İranın iqtisadi perspektivləri bədbindir. Ölkənin dərin, köklü iqtisadi problemlərinin həlli üçün Tehran ciddi islahatlar aparmalıdır – mövcud rəhbərliyin istəmədiyi şey. Yəni İran hökuməti səmərəsiz siyasət yürüdür.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar