Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşov: “Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü olsun”

“Mayın 3-nün Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunması məsələsi keçən əsrin sonlarında gündəmə gəlib”

Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

O bildirib ki, 1991-ci ildə Afrika jurnalistləri üçün təşkil olunan tədbirdən sonra UNESCO BMT qarşısında 3 May - Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunması ilə bağlı məsələ qaldırıb: “O vaxtdan Asiya ölkələri üçün Almatıda, Amerika ölkələri üçün Torontoda və s. tədbirlər keçirildi və müxtəlif bəyannamələr qəbul olundu. Həmin sənədlərdə göstərilirdi ki, jurnalistlər öz fəaliyyətini azad şəkildə qurmalıdır, medianın əsas vəzifəsi baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin sənədlərdə senzuranın ləğvi də gündəmə gəlib”.

Mətbuat Şurasının sədri deyib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edən müstəqil mediadır.

“1993-cü ildən belə tədbirlər mütəmadi olaraq ölkəmizdə keçirilir. Azərbaycanda istənilən şəxs fikir və ideyalarını KİV və sosial şəbəkələr vasitəsilə cəmiyyətdə yaya bilir. Bu gün ölkəmizdə 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Azərbaycan mediası ölkəmizlə bağlı hadisələrə ümummilli maraqlardan baxmağı bacaran jurnalistikadır. Azərbaycan mediası dünyanın inkişaf etmiş mediasının tərkib hissəsidir. Bu gün dünya, tələblər dəyişir. Azərbaycan jurnalistikasının da problemləri var. Vaxt keçdikcə bu problemləri həll edirik. Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü media olsun. Heç bir qurumdan, iqtisadi mərkəzdən asılı olmayan media olaraq reklam və digər gəlirlərdən özünün iqtisadi siyasəti düzgün qura bilsin. Bizim indiki şəraitdə qarşıya qoyduğumuz əsas vəzifə məhz bunlardan ibarətdir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar