Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhbuslar telefonla pulsuz danışacaqlar

Nyu-York həbsxanalarında

Nyu-York həbsxanalarında məhbuslara bundan sonra ölkə hüdudları daxilində telefonla pulsuz danışmağa icazə verilib.

Azərtac xəbər verir ki, bu barədə məlumat şəhərin meri Bill de Blazionun saytında yerləşdirilib. Meriyanın məlumatına görə, əvvəllər məhbuslar yalnız vəkilə pulsuz zəng edə bilərdilər. Qalan digər zənglərin ilk dəqiqəsi onlara 50 sentə, sonrakı danışığın hər dəqiqəsi isə 5 sentə başa gəlirdi.

Səkkiz mindən çox məhbus olan Nyu-York həbsxanalarında sutkada orta hesabla 25 mindən yuxarı zənglər edilir. Bu da şəhər büdcəsinə ildə 5,5 milyon dollar gəlir gətirir.

İndi bu xərcləri şəhərin islah müəssisələri departamenti üzərinə götürəcək. Məhbuslar ölkə daxilində istədikləri yerə zəng vura bilərlər. Danışıqlar hər üç saata 21 dəqiqə olmaqla məhdudlaşır. Hər zəng 15 dəqiqədən çox davam edə bilməz.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar