Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna əlavə səlahiyyətlər verilib

Nizamnaməyə bəzə bəndlər əlavə edilib

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlarında dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Xəbərə görə, dəyişikliyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı yarımbəndlər əlavə edilib:

“3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;

3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;

3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;

1.2. 3.1.13-cü yarımbənddən “və abidələrin əhəmiyyətinə dair müvafiq siyahıları tərtib etmək” sözləri çıxarılsın;

1.3. 3.1.15-ci yarımbəndə “özəlləşdirilməsinə” sözündən sonra “, icarəyə” sözü əlavə edilsin və həmin yarımbənddən “və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq” sözləri çıxarılsın;

1.4. 3.1.16-cı yarımbənddə “məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək” sözləri “hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 3.1.16-1-ci və 3.1.16-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.16-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;

3.1.16-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;

1.6. 3.1.22-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq icazə verilən arxeoloji işləri” sözləri “qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini” sözləri ilə əvəz edilsin;

1.7. 3.1.23-cü yarımbənddə “dövlət qeydiyyatına alınması, pasportlaşdırılması” sözləri “siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək” sözləri ilə, “əhəmiyyəti” sözü “əhəmiyyət dərəcəsi” sözləri ilə əvəz edilsin;

1.8. 3.2.8-ci yarımbənddə “qazıntı işlərinin aparılmasını təşkil edən” sözləri “bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar