Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Azərbaycan qazının idxalını 32% artırıb

Türkiyə 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan 1,49 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 32% çoxdur

Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında üçüncü yerdə qərarlaşıb.

ONA-nın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-fevral aylarında Azərbaycandan 1,13 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-fevral aylarında bu ölkədən Türkiyəyə təxminən 3,05 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. İkinci yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 1,51 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, yanvar-fevral aylarında Türkiyənin qaz idxalı 2018-ci ilin eyni ayına nisbətən 13% azalaraq 5,81 mlrd. kubmetr təşkil edib. Belə ki, ötən ilin yanvar-fevral aylarında Türkiyə 6,23 mlrd. kubmetr qaz idxal edib.

Bu ilin yanvar-fevral ayılarında Türkiyəyə idxal olunmuş ümumi qazın 6,05 mlrd. kubmetri boru xətti şəbəkəsi vasitəsilə həyata keçirilib, idxalın 4,03 mlrd. kubmetrini isə mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar