Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: Bakıda 9 avtomobili əzən şəxsin kimliyi müəyyənləşib

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon yerləşən binalardan birinin həyətində sərxoş halda “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən şəxsin kimliyi müəyyənləşib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, məlum hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin həmin binada kirayədə yaşayan, 42 yaşlı Sənan Kərimov olması müəyyən edilib: “Məlum olub ki, həmin avtomobilin sahibi xaricdə yaşayır. Avtomobilin sahibi onu hərdən işə salmaq üçün açarını qonşusuna verib. Həmin qonşu da vaxtaşırı maşını işə salırmış. Dünən isə avtomobili işlə salarkən texniki problem yaranıb. Sənan Kərimov da texniki problemin həllində qonşusuna kömək edib. Sonra qonşusu Sənan Kərimova maşını verərək akumlyatorun enerji yığması üçün ondan maşınla həyətdə bir iki dövrə vurmasını xahiş edib. Sənan Kərimov da sərxoş vəziyyətdə binanın həyətindəki vətəndaşlara məxsus 9 avtomobili əzib”.

O. Mansurzadə həmçinin qeyd edib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sənan Kərimov saxlanılıb. O, tibbi müayinədən keçirilib və ora dərəcəli sərxoş olduğu müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır və avtomobillərə dəymiş ziyanın miqdarı hesablanır. Araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar