Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IV Buktreyler Festivalının qalibləri mükafatlandırılıb

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində IV Buktreyler Festivalının mükafatlandırma mərasimi keçirilib

Festivalın rəhbəri Ruslan Sabiri çıxış edərək onun əhəmiyyətindən danışıb.

Bildirib ki, son illərdə animasiya və qrafika sahəsində buktreylərin sayı artıb: "Bu il xanım iştirakçıların sayı da əvvəlki illərə nisbətən çoxdur, qadın rejissorlar ümumi iştirakçıların 25 faizini təşkil edir".

R.Sabirinin sözlərinə görə, IV Buktreyler Festivalına əllidən çox iştirakçı qatılıb, onlardan 35-nin işi qəbul olunub: "Əvvəlki illərə nisbətən bu il iştirakçılar arasında mobil buktreyler çəkənlər də artıb" .

Sonra qaliblər elan olunub. "Tamaşaçı simpatiyası" nominasiyasının qalibi Gülşən Quliyeva olub.

"Ən yaxşı mobil buktreyler" nominasiyasında Sadiq Fərzəlibəyli seçilib.

Üçüncü yerin qalibləri Vüsal Həmdullayev və Şövkət Məhərəmmova, ikinci yerin qalibləri Rəşad Hüseynov, Ruslan Zeynalov olub.

Birinci yerin qalibi isə Eybulla Ağadadaşov olub.

Yer tutan qaliblərin hər birinə müvafiq olaraq 500 (beş yüz), 800 (səkkiz yüz) və 1000 (min) manat təqdim olunub.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar