Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsində aparılan islahatlar özünü necə biruzə verdi?

Ekspert: “Azərbaycanda yürüdülən gömrük siyasəti daxili istehsalı stimullaşdırmır, əksinə, idxalı stimullaşdırır. Bu da ölkədən çıxan valyuta axınını artırır”

“Bizim istehlak etdiyimiz ərzaq məhsullarının 80-85%-i xaricdən gəlir. Biz onu bazarlarda, marketlərdə müşahidə edirik ki, aldığımız məhsulların əksəriyyəti xaricdə istehsal olunmuş məhsullardır. Ona görə də, bu statistikanı doğru və obyektiv qiymətləndirmə saya bilmərik ki, Azərbaycan ərzaq məhsullarının ixracını artırıb”.

Bu səzləri iqtisadçı ekspert Nazim Bəydəmirli Gömrük Komitəsində son bir müddətində aparılan islahatları PİA.az-a şərh edərkən bildirib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi 1 ay sonra gömrükdə yeni islahatların keçirilməsi ilə bağlı anons verib. Qurumun sədr müavini İqbal Babayev bildirib ki, gömrükdə islahatların birinci mərhələsi demək olar ki, başa çatıb: “İkinci böyük islahat paketimiz isə idxalla bağlı olacaq. Onun tətbiqi haqqında ictimaiyyətə və sahibkarlara geniş məlumat verəcəyik”, deyə komitənin sədr müavini bildirib.

İqbal Babayev həmçinin çıxışında “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə də toxunub və əlavə edib ki, bu sistemin tətbiqindən sonra tranzit dəhlizinin potensialı 70 faizədək artıb: “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verilməsindən sonra ixracın potensialı bu il ərzində 2,5 dəfə artıb (kənd təsərrüfatı məhsulları), tranzit potensialı isə 70 faizədək güclənib”.

Doğrudanmı Dövlət Gömrük Komitəsində institutsional islahatlar həyata keçirilib və demək olarmı ki, İqbal Babayevin dediyi kimi gömrükdə islahatların birinci mərhələsi başa çatıb?

Mövzu ilə bağlı PİA.az-ın əmkdaşı Azərbaycan İqtisadçılar Klubunun prezidenti, iqtisadçı ekspert Nazim Bəydəmirlinin möveyini öyrənib.

Nazim Bəydəmirli: “Gömrük Komitəsi dedikdə Azərbaycan jurnalistlərinin, ictimaiyyət nümayəndələrinin fikrinə regionçuluq, yerliçilik, qohumbazlıq gəlir”.

PİA.az iqtisadçı ilə kiçik müsahibəni təqdim edir:

- Nazim bəy, iqtisadçı və iş adamı kimi gömrükdə son bir ildə hər hansı bir institutsional islahatların həyata keçirildiyini hiss etdinizmi? Bəhs edilən islahatlar özünü əsasən nədə büruzə verdi?

- Qeyd edim ki, gömrük islahatları, əslində, institusional olaraq Gürcüstan modeli kimi aparılmalıdır. Yəni Gömrük Komitəsi Mərkəzi İcra Hakimiyyəti orqanı olaraq ləğv edilməlidir və onun bazasında gömrük xidməti yaradılmalıdır. Bu gömrük xidməti ya Maliyyə nazirliyinin, ya da ki, Vergilər Nazirliyinin tabeçiliyində olmalıdır. Çünki Gömrük Komitəsi dedikdə Azərbaycan jurnalistlərinin, ictimaiyyət nümayəndələrinin fikrinə regionçuluq, yerliçilik, qohumbazlıq gəlir. Bu amillərin ən çox konsentrasiya olunduğu dövlət qurumu məhz Gömrük Komitəsidir. Eyni zamanda büdcədən vəsaitlərin ən çox yayındırılması məhz Gömrük komitəsinin vasitəsi ilə olub, son illərdə BMT-nin də ekspertlərinin açıqladıqları, həmçinin əsas ticarət tərəfdaşlarımız ölkələri ilə də idxal-ixrac statistikasını müqayisə etdikdə görürük ki, bu illər ərzində 10 milyard dollarlarla fərq var, yəni bizim ölkəyə mal göndərən ölkələrin statistikasında gömrük dəyəri ilə bizim idxal statistikamızdakı malların gömrük dəyərləri arasındakı fərq dəfələrlədir.

Gömrük Komitəsi islahat dedikdə bu və ya digər formada özünün vaxtilə verdiyi paket maaşların müxtəlif gömrük yığmalarının hesabına və yaxud da cərimələrin hesabına, dolayısıyla sahibkarlıqdan çıxararaq rəsmiləşdirir. Mən çox təəssüf edirəm ki, Gömrük Komitəsi rəhbərliyi son bir ildə daha çox gözdən pərdə asmaqla məşğul olub. Mətbuatda korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə kimi təqdim olunan bir neçə cinayət işi, yəni gömrük orqanları əməkdaşlarının tutulması ilə bağlı bir neçə cinayət işi olub. Yəni onların haradansa 10 dollar və ya 100 dollar miqdarında aldığı pul mətbuata sızdırılıb və hətta bu barədə məhkəmə işləri də var.

Nazim Bəydəmirli: “Aparılan gömrük islahatlarının və gömrük siyasətinin tam iflasa uğraması haqqında fikir yürüdə bilərik”.

Ən çox təəssüf doğuran hal isə odur ki, Komitə rəhbərliyi gözdən pərdə asmaq üçün bir-iki nəfəri vəzifədən kənarlaşdırmaq və ya xırda rüşvət, - ona da rüşvət demək olmaz – belə deyək, “xırda şirinlik” üstündə əməkdaşların həbsinı böyük bir islahat kimi təqdim etməsidir. Bu baxımdan, gömrük orqanlarının vurğuladığı idxalla bağlı aparılan siyasət, çox təəssüf ki, monopoliyanın tətbiqinə xidmət edir. Gömrük Komitəsinin sədri “biz yerli istehsalçıları qoruyuruq” adı altında əslində monopoliyanın tətbiqini rəsmiləşdirir. Adi bir misal gətirim. İran armaturlarının Azərbaycan bazarına daxil olmamasının qarşısını alan və monopolist şirkətə - “Bakı Steel Company”iyə hər cür haqq tanıyan məhz Gömrük Komitəsidir. “Hansı qiymət sizə sərf edir?”, deyərək gömrük qiymətinin 500 dollar olduğunu qurumun sədri özü mətbuata açıqlamışdı.

Bu da birbaşa Gömrük Komitəsinin yerli istehsalçıları müdafiə etmək adı altında monopolistləri himayə etdiyinin isbatıdır. Bunu biz demirik, özləri deyirlər. Bu baxımdan, mən idxalla bağlı hər hansı bir dəyişiklik olacağını güman etmirəm.

Eyni zamanda, Gömrük Komitəsinin “islahatları”nın nəticəsi odur ki, son illərdə ölkəyə gələn məhsulların sayı artır və idxaldan tutulan ƏDV-nin kifayət qədər artması onu sübut edir ki, Azərbaycanda yürüdülən gömrük siyasəti daxili istehsalı stimullaşdırmır, əksinə, idxalı stimullaşdırır. Bu da ölkədən çıxan valyuta axınını artırır.

İqtisadiyyatda vacib olan vergilərdən olan ƏDV 2019-cu ildə 1804 mln manat daxil olması gözlənilir, 2018-ci ilə nisbətən bu vergi üzrə 9 mln manat (0.5%) azalması proqnozlaşdırılıb...2014-cü ilin dövlət büdcəsində 2139 mln manatla müqayisə etdikdə 335 milyon azalır (-18.6%) demək ki, bizim iqtisadiyyatın əlavə dəyər yaratması azalacaq..ancaq Gömrük xətti ilə idxaldan alınan ƏDV 2294 mln manatdır, 2014-cü ildə 1070 manat olub...bu rəqəmlər iki məqamı özündə ifadə edir: bizim istehlakımız daha çox idxaldan asılıdır, bu proses getdikcə artır, gömrükdə ƏDV-nin artması əvvəlki illərdə nə qədər büdcədən vəsait yayındırıldığını göstərir, çünki keçən ilin əvvəlindən gömrük statistikasının vergilər nazirliyi tərəfindən də aparılması vəsaitlərin toplanmlı olan həcminə aydınlıq gətirir..Gömrük komitəsi büdcədən nə qədər "yayındırıb"? Bu sual hələ də açıq qalıb.

Buna görə də aparılan gömrük islahatlarının və gömrük siyasətinin tam iflasa uğraması haqqında fikir yürüdə bilərik.

Nazim Bəydəmirli: “Kənd təsərrüfatı mallarının ixracının artma səbəbi sadəcə digər ölkələrin məhsullarının Azərbaycan şirkətləri üzərindən satıldığına görə baş verib”.

- “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəyə verildiyi və nəticədə kənd təsərrüfatı mallarının ixrac potensialının 2.5 dəfə artdığı iddia olunur. Bu iddia ilə razısınızmı?

- Onu qeyd edim ki, ixrac strukturunda kənd təsərrüfatı məhsulları o qədər az paya malikdir və ümumi rəqəmlərdə o qədər azdır ki, bu rəqəmləri hətta, 10 dəfələrlə artması bizim ixrac strukturunda heç nəyi dəyişməyəcək. Çünki ixracın əsas olaraq 95%-ə yaxını karbohidrogen ehtiyatlarından, yəni xam neftdən və qazdan alınan məhsullardan ibarətdir.

Kənd təsərrüfatı məhsulları mallarının ixracının da artması son zamanlarda Rusiyaya tətbiq olunmuş sanksiyalar ucbatından idi. Eyni zamanda Rusiyanın Türkiyə ilə münasibətləri bir neçə il bundan əvvəl kəskinləşməsi də ixracın artmasına səbəb olmuşdu. O zaman həm Türkiyə, həm də İran məhsulları Azərbaycan şirkətləri üzərindən reeksport olunduğuna görə Azərbaycan malları kimi qeydiyyata düşüb. Yəni bu artım təmiz olaraq rəqəmlər üzərindən deyil, sadəcə digər ölkələrin məhsullarının Azərbaycan şirkətləri üzərindən satıldığına görə baş verib.

Bizim istehlak etdiyimiz ərzaq məhsullarının 80-85%-i xaricdən gəlir. Biz onu bazarlarda, marketlərdə müşahidə edirik ki, aldığımız məhsulların əksəriyyəti xaricdə istehsal olunmuş məhsullardır. Ona görə də, bu statistikanı doğru və obyektiv qiymətləndirmə saya bilmərik ki, Azərbaycan ərzaq məhsullarının ixracını artırıb. Dediyim kimi, bu, statistikada artırsa, deməli, bu digər ölkələrdən gələn məhsulların Azərbaycan mənşəli kimi göstərilməsidir. Çünki Azərbaycanda ərzaq məhsullarının istehsalının o qədər artması mümkün deyil.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar