Əsgərlər ayaq izlərinin əfsanəvi Yetiyə aid olduğuna inanırlar
Hindistan ordusunun rəsmi Twitter səhifəsində Qar adamın ayaq izlərinə rast gəlindiyi barədə məlumat verilib və fotolar yayımlanıb.
Əsgərlər ayaq izlərinin əfsanəvi Yetiyə aid olduğuna inanırlar. Ayaq izləri aprelin 9-da Himalay dağlarındakı Makalu hərbi bazası yaxınlığında tapılıb.
Qeyd edək ki, alimlər Yetinin varlığına dair bir iz olmadığını bildirirlər. Amma Himalay bölgəsində yaşayan xalqların böyük bir qismi bu barədə fərqli düşünür.
Hətta Qar adamının keçmişdə də Makalu-Barun Milli Parkında görüldüyü qeyd edilib.(Oxu.az)
pia.az