Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dağlıq Qarabağda işsizlik və yoxsulluğun səviyyəsi artır"

Qondarma rejimin ombudsmanı

Qondarma Dağlıq Qarabağ rejiminin ombudsmanı Artak Beqlaryan Ermənistan parlamentindəki çıxışında bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan bu qanunsuz “respublika” dünya ictimaiyyətindən tamamilə təcrid olunub. Onun sözlərinə görə, rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində beynəlxalq məhkəmələrə müraciətindən çəkinən dünyanın nüfuzlu iş adamları və şirkətləri qondarma “respublika”nın iqtisadiyyatına sərmayə yatırmaqdan imtina edirlər və bunun nəticəsində işsizliyin və yoxsulluğun səviyyəsi getdikcə artır.

Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdakı doğma ev-eşiklərindən məhrum olmuş və məcburi köçkün vəziyyətində yaşayan azərbaycanlıların hüquqlarını pozan ermənilərin insan haqları təmsilçisi iddia edib ki, rəsmi Bakının təzyiqi nəticəsində qondarma “respublika”da insan hüquqları pozulur. “Çoxsaylı beynəlxalq strukturlar Qarabağda layihələr həyata keçirməkdən imtina edirlər, onların əsas arqumenti “respublika”nın tanınmaması və Azərbaycanın reaksiyasıdır”, -deyə Beqlaryan gileylənib. Qondarma rejimin ombudsmanı əlavə edib ki, Dağlıq Qarabağdakı ermənilərin təhsil aldıqları ali məktəblərin diplomları tanınmır, onlar müxtəlif beynəlxalq layihələrdə iştirak etmək və xaricdə müalicə olunmaq imkanlarından məhrumdurlar.

İşğalçı rejimin nümayəndəsinin sözlərinə görə, Dağlıq Qarabağda biznes fəaliyyəti ilə məşğul olan erməni mənşəli əcnəbilər də Azərbaycanın hüquqi platformada həyata keçirdiyi tədbirlər nəticəsində bu ərazini tərk edirlər. Beqlaryan bildirib ki, bütün bu amillərin nəticəsində qondarma “respublika”da sosial-iqtisadi vəziyyət daha da ağırlaşıb.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar