Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Formula-1”: Azərbaycan Qran-prisinin maraqlı faktları və statistikası açıqlanıb

“Formula-1” SOCAR Azərbaycan Qran-prisinin maraqlı faktları və statistikası açıqlanıb

“Mercedes” komandasının pilotu Valtteri Bottasın qələbəsi ilə yekunlaşan yarış rekordlar və yeniliklərlə zəngin olub.

Bu barədə yarışın rəsmi saytı maraqlı məqalə dərc edib.

* “Mercedes” komandası pilotları mövsümün startından ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla, 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Uilyiams” komandasına məxsus rekordu qırıb.

* “Formula-1” üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə “Mercedes”in pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.

* “Ferrari” komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarını ilk “dördlükdə bitirib. O, bu yarışların heç birində birinci və ikinci olmayıb.

* “Reysing Poynt” komandasının pilotu Serxio Peres bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk “altılığ”a düşüb.

* “MakLaren” komandasının pilotu Karlos Sayns son üç Azərbaycan Qran-prisində yarışı ilk “səkkizlik”də başa vurub.

* Ötən ilki Azərbaycan Qran-prisindən sonra keçirilmiş yarışlar ərzində “MakLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.

Builki Azərbaycan Qran-prisi “Reysing Point” komandasının pilotu Lens Strolun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk “onluq”da bitirərək xala yiyələndiyi 2-ci yarışdır.
* “Uilyiams” komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.

* “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün “Formula-1” yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.

* “Haas” komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün “Formula-1” yarışlarını uğurla başa vursa da, xala yiyələnə bilməyib.

“Toro Rosso” komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran-pri yarışından heç birini axıracan tamamlaya bilməyib.

pia.az


Etiket: “Formula-1”

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar