Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR Türkiyədə 1,8 milyard dollarlıq neft-kimya təsisatı inşa edəcək

“SOCAR Türkiyə”nin rəhbəri Vaqif Əliyev ilin sonunda neftin qiymətinin artacağı barədə proqnoz verib

“Bloomberg”, Türkiyə, 30 aprel 2019-cu il

SOCAR-ın təxminən 1,8 milyard dollarlıq investisiya qoyması ilə Türkiyənin 1 milyon tonluq tereftal turşusu istehsalını sıfırlayacaq yeni təsisat 2023-cü ildən istifadəyə veriləcək.

“SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev BP ilə birlikdə Türkiyədə yeni bir neft-kimya layihəsnə start verdiklərini bildirib:

“Təxminən 1,8 milyard dollarlıq investisiya ilə görəcəyimiz bu layihəmiz də digər layihələrimiz kimi çox önəmlidir. Fəaliyyətə başladığı zaman Türkiyənin 1 milyon tonluq saf tereftal turşusu istehsalını sıfıra endirəcək. İstehsal etdiyimiz 800 min tonluq PX məhsullarını Türkiyədə istehsal etməyə başlayacağıq. Yeni təsisatı 2023-cü ildə istifadəyə verməyi hədəfləyirik”.

Əliyev Anandolu Ajansı (AA) müxbirinə verdiyi açıqlamada bildirib ki, 2008-ci ildə fəaliyyətə başlayan “SOCAR Türkiyə” şirkəti Türkiyəyə investisiyalar qoymaqda davam edir.

İnvestisiyaların neft-kimya və emal sektorunda cəmləşdiyini bildirən Əliyev Türkiyə ilə Azərbaycan arasında uzun illərdir davam edən mədəniyyət və qardaşlıq əlaqələri olduğunu və bu durumun hər iki ölkənin iqtisadi ortaqlığı üçün faydalı olacağını deyib.

Əliyev bu ortaqlıq çərçivəsində ən önəmli layihələrdən birinin Trans Anadolu Təbii Qaz Boru Xətti olduğunu bildirib: “TANAP yolu ilə Türkiyədə 1 apreldən etibarən təxminən 1,5 milyard metr/kub qaz daşınıb. 15 apreldən isə boru xəttinin ikinci fazasında da son mərhələyə çataraq test etmək məqsədilə qaz verilməyə başlanıb. Layihənin qaz daşıma tutumu əlavə investisiyalarla birlikdə əvvəlcə 24 milyard metr/kuba, daha sonra isə 31 metr/kuba çatdırılacaq. Bundan sonra isə BOTAŞ ilə iş birliyi etmək üçün imkanlarımızdan istifadə edəcəyik”.

ABŞ-ın İran sanksiyalarında Türkiyənin 2 maydan etibarən güzəştlərdən məhrum edildiyini də xatırladan Əliyev əlavə edib: “TANAP iqtisadi iş birliyindən əlavə, həm də Türkiyənin enerji təhlükəsizliyinə yardım göstərməsi baxımından çox əhəmiyyətlidir. Türkiyənin həm dünyada baş verən hadisələr, həm də öz siyasətləri istiqamətində lazımi tədbirləri aldığına inanırıq. Bizə hər hansı bir vəziyyətdə kömək lazım olduqda hər zaman Türkiyə ilə birlikdə işləmişik”.

Təsisatın təməli bu ilin sonunda və ya 2020-ci ildə qoyulacaq

Əliyev Türkiyədə neft-kimya sektorunda qoyacağı yeni bir investisiya üçün BP ilə ortaqlıq etdiyini bildirib. Sözügedən təsisatın təməlinin 2020-ci ildə qoyulacağını deyən Əliyev belə deyir:

“Təxminən 1,8 milyard dollarlıq investisiyamız da digər layihələrimiz kimi çox önəmlidir. Fəaliyyətə başladığı zaman Türkiyənin 1 milyon tonluq saf tereftal turşusu istehsalını sıfırlayacaq. PX məhsullarından istehsal etdiyimiz 800 min tonluq məhsul Türkiyədə istehsal edilməyə başlanacaq. Yeni təsisatı 2023-cü ildə istifadəyə verməyi planlaşdırırıq.

Təsisatın SOCAR-ın digər təsisatlarından əldə edilən xam maddə və struktur qaynaqlarına çox yaxın yerləşdirilməsi də rəqabət baxımından böyük bir avantaj yaradacaq. Əliağada inşa edilmiş böyük emal və neft-kimya təsisatları ilə qardaş ölkələr olan Türkiyə və Azərbaycanın iqtisadiyyatına dəstək olmağa və Türkiyənin enerji sektorunda qlobal oyunçular arasında güclü bir yerə gəlməsi üçün investisiyalar qoymağa davam edəcəyik. Neft-kimya sənayesi Türkiyənin yeganə inteqrasiya təsisatıdır və bazarın ancaq 20%-ni təmin edə bilir. Bu payı artırmaq üçün qarşımızda çox önəmli bir fürsət var. Bu səbəbdən, investisiyalarımızın əsas hissəsini neft-kimya sənayesi və emal təşkil edir.

Vqif Əliyev Türkiyədə təbii qaz və benzin sektorunda böyük bir paylama şəbəkəsi qurmaq üçün fürsətləri dəyərləndirdiyini, ancaq bu məsələdə tələsmədiklərini bildirib.

Neft qiymətlərində ilin sonuna qədər yüksəliş ola bilər

Əliyev son dönəm yüksəlişdə olan neft qiymətləri ilə bağlı öz proqnozlarını da verib.

SOCAR-ın 2019-cu il büdcələrində neft qiymətini 60 dollar olaraq təyin etdiyini bildirən Əliyev, “İl ərzində qiymətlərin dəyişməsi və ilin sonuna doğru bir az yüksəlməsi ehtimal olunur. Neft qiymətlərinin artması bizim gəlir səviyyəmizə müsbət mənada təsir edir. Bununla yanaşı, inteqrasiya bir qlobal neft və qaz oyunçusu olaraq daha pis ssenarilərə və aşağı səviyyəli risklərə hazır olduğumuzu deyə bilərəm” - deyə bildirib.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar