Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyi İranı ABŞ-ın sanksiyalarından qoruya biləcəkmi? – Müsahibə

Avropa Birliyinin İranla ticarəti sanksiyalardan yayındırmaq məqsədi lə hazırladığı plan işləyirmi?

Ekspert: “İranın “nüvə sazişi”ndən çıxması ehtimalı var. Ən azından bir müddət bu sazişi dondura bilər”.

İrana qarşı bu sanksiyalar ən yüksək səviyyədə sanksiyalar hesab olunuur və bu ümumilikdə Yaxın Şərq regionunda siyasi-iqtisadi və hərbi gərginliyin daha da gərginləşəcəyinin bir işarəsidir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli İranın ABŞ-ın son sanksiyaları ilə bağlı təhdidlərini PİA.az-a şərh edərkən bildirib.

Bildiyimiz kimi, ABŞ prezidenti Donald Tramp İranın neft ixracını sıfıra endirmək məqsədi ilə İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Ağ evin bu barədə məlumatında deyilir ki, Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu. Mayın 2-dən sonra isə bu ölkələr İrandan neft alarlarsa, ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.

Bununla bağlı İran prezidenti Həsən Ruhani bildirib ki, “ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur. Amerikalılar bu barədə yanılırlar. Bu təşəbbüslərlə müxtəlif xalqlara, neft şirkətlərinə, hətta öz vətəndaşlarına zülm edirlər”.

Qeyd edək ki, Donald Trampın bu qərarı heç də bir mənalı qarşılanmayıb. İran neftinin əsas idxalçılarından olan Çin və Türkiyə ABŞ-ın bu qərarına etiraz ediblər. Eyni zamanda İran bu sanksiyalar qüvvəyə mindikdən sonra “nüvə sazişindən” çıxacağı və Hörmüz boğazını bağlayacağı ilə bağlı beynəlxalq aləmə təhdidlər ünvanlayıb. İran bu təhdidləri reallaşdıracağı təqdirdə Fars körfəzində vəziyyətin xeyli gərginləşəcəyi gözlənilir.

Natiq Cəfərli: “Mən düşünmürəm ki, Hörmüz boğazından keçid tamamilə dayandırılacaq. Çünki bu çox böyük, ciddi beynəlxalq münaqişələrə səbəb ola bilər”.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib. PİA.az Natiq Cəfərli ilə qısa müsahibəni təqdim edir.

- Natiq bəy, bildiyimiz kimi, ABŞ-ın İran neftinin ixracının tam qadağası ilə bağlı sanksiya mayın 2-də qüvvəyə minir. Bu qərar Yaxın Şərqin, xüsusən də Fars körfəzinin geosiyasi və geoiqtisadi durumuna necə təsir edəcək?

- Əslində, bu sanksiyaların genişləndirilməsindən öncə 6 aylıq bir müddətdə İranda neft alınması ilə bağlı 8 ölkəyə ABŞ tərəfindən qadağanın tətbiq edilməyəcəyi bəyan edilmişdi. Amma ABŞ ayın 2-dən bu 8 ölkə ilə bağlı qadağanın tətbiq olunacağı və sanksiyaların onlara da şamil ediləcəyi ilə bağlı açıqlama verib.

Maraqlısı odur ki, bu 8 ölkə içərisində İrandan ən çox neft alan ölkələr - Türkiyə və Çin bu qadağalara qoşulmayacağını bəyan edib. Çünki hər iki ölkənin İrandan böyük miqdarda neft aldığı məlumdur. Hətta Rusiya belə elan etdi ki, İranın bütün neftini özü ala bilər və öz nefti ilə birgə xarici bazarlara çıxarmaq imkanları da var. Rusiya onsuz da ABŞ-ın qadağaları altında yaşayan bir ölkədir, ona görə də mən düşünmürəm ki, Rusiyaya bununla bağlı əlavə sanksiya tətbiq edilsin. İrana qarşı bu sanksiyalar ən yüksək səviyyədə sanksiyalar hesab olunuur və bu ümumilikdə Yaxın Şərq regionunda siyasi-iqtisadi və hərbi gərginliyin daha da gərginləşəcəyinin bir işarəsidir.

Bununla bağlı problemin həlli göründüyü qədərilə, ABŞ adminstrasiyasının əsas istiqamətlərindən biridir. Yəni ABŞ İran probleminin Tramp dönəmində həll olunmasına çalışır və bunun üçün də İrana qarşı təzyiqlərin getdikcə artacağını demək mümkündür.

Natiq Cəfərli: “İranın bazrdan uzaqlaşdırılması neft bazarına birbaşa kəskin təsiri sərhədli olacaq, amma ümumilikdə, bu bölgədə hərbi və siyasi gərginliyin artmasını gözləmək olar”.

- Çin və Türkiyənin ABŞ-ın bu sanksiya ilə razılaşacağını düşünürsünüzmü?

Bu sanksiyaların birbaşa neft bazarına müvəqqəti təsirləri olacaq. Çünki İranın onsuz da hasilatı və ixracatı da aşağı düşmüşdü. Yəni bazara o qədər də böyük həcmdə neft çıxarmırdı və bilindiyi kimi, 3 gün bundan əvvəl ABŞ prezidenti Donald Trampın belə bir açıqlaması da oldu ki, İranın bazardan çəkəcəyi neftin əvəzinə, Səudiyyə hasilatı artıracaq. Bu da neft bazarında korreksiyaya səbəb oldu və qiymətlər 5%-ə yaxın aşağı düşdü.

Yəni İranın bazrdan uzaqlaşdırılması neft bazarına birbaşa kəskin təsiri sərhədli olacaq, amma ümumilikdə, bu bölgədə hərbi və siyasi gərginliyin artmasını gözləmək olar. Təəssüf ki, yaxın gələcəkdə bölgədə daha kəskin addımların atılması istisna olunmur. Qərbin, əsasən də ABŞ-ın və İsrailin digər ölkələrin ərazisində, məsələn, İraqda, Suriyada, İranla dolayısı ilə toqquşmalarının artmasının şahidi ola bilərik.

Türkiyə və Çinin necə davranacağlarını isə zaman göstərəcək. Açığı mən inanmıram ki, Türkiyə və Çin şirkətləri açıq şəkildə ABŞ sanksiyaları üz-üzə gəlmək istəyəcəklər.

- Bir müddət əvvəl Avropa Birliyi İranla ticarəti sanksiyalardan yayındırmaq məqsədi lə plan hazırlamışdı. Bu plan niyə işləmir?

- Əslində, bu plan işləyir. Amma Amerikada böyük aktivləri olan bəzi şirkətlər çəkinirlər, hətta Avropa Birliyinin bu mexanizmi çərçivəsində əməkdaşlıq etməkdən də çəkinirlər, çünki Avropa ərazisində Avropa Birliyinin yaratdığı mexanizm onlara kömək olacaq, onların aktivlərini qoruya biləcək, amma Amerikadakı aktivləri ilə bağlı problemlər yaşana bilər.

Avropa şirkətlərinin müqavilələr bağladığı böyük şirkətlər həmin mexanizmə sadəcə güvənmirlər. Çünki dediyim kimi, Avropa Birliyi ərazisindəki mexanizm onları qoruyur, lakin Amerikada olan aktivlər təhdid yaradır.

Ona görə də, Amerikadakı aktivlər verilən məhkəmə qərarı ilə dondurula bilər və bu sanksiyaları əsas gətirə bilərlər. Bu səbəbdən, sadəcə risk etmirlər və bunu nəzərə alaraq düşünürəm ki, yaxın gələcəkdə İran bazarına Avropa Birliyinin o mexanizmindən istifadə edərək daha kiçik və orta şirkətlərin girməsi gözlənilir. Yəni Amerikada yatırımları və aktivləri olmayan kiçik və orta şirkətlər İranla ticarət əlaqələrinin genişlənməsində iştirak edəcəklər və bununla da, Avropa Birliyinin həmin mexanizmi onları qorumağa yetərli olacaq.

- İran bildirib ki, mayın 2-dən sonra ABŞ sanksiyaları nəticəsində İranın neft ixracı tam dayanarsa, İran həm “nüvə sazişi”ndən çıxacaq, həm də Hörmüz boğazını bağlayacaq. İran bu təhdidlərini reallaşdıra bilərmi və Tehran həm nüvə sazişindən çıxarsa, həm də Hörmüz boğazını bağlayarsa, bunun hansı siyasi, iqtisadi və hərbi nəticələri necə ola bilər?

- İranın “nüvə sazişi”ndən çıxması ehtimalı var. Ən azından bir müddət bu sazişi dondura bilər. Amma bu da Avropa Birliyi ilə bağlanmış sazişə ziddir. Avropa Birliyi bu zaman İranı Amerika qarşısında qoruya bilməyəcək və məcburən o sanksiyalara qoşulmalı olacaq. Ona görə də, bu təhdidlərin səslənməsinin dinamikası arta bilər, amma real addımlar olmayacaq.

Çox güman ki, bir sazişi dondurula bilər və İran əsas gətirə bilər ki, ABŞ-la bağlı sanksiyalar həll olunsun, sonradan həmin sazişdəki öhdəliklərini yerinə yetirəcək. Yəni mən inanmıram ki, İrab sazişdən tam çıxsın, amma fəaliyyətini bir müddətlik dayandıra bilər.

Natiq Cəfərli: İran “nüvə sazişi”indən çıxsa, Avropa Birliyi bu zaman İranı ABŞ qarşısında qoruya bilməyəcək və məcburən o sanksiyalara qoşulmalı olacaq”.

Hörmüz boğazına gəldikdə isə İranın bu təhdidi də inandırıcı görünmür, çünki o boğazın nəzarəti bütünlükdə İranın da əlində olsa da həmin boğaza yaxın ərazilərdə Amerikanın çox böyük hərbi kontingenti var və bu hərbi kontingent Hörmüz boğazına nəzarət funksiyalarını həyata keçirir.

İranın birtərəfli şəkildə Hörmüz boğazını bağlaması birbaşa hərbi toqquşmalara səbəb ola bilər. Ona görə də mən düşünmürəm ki, Hörmüz boğazından keçidlə bağlı böyük problemlər olsun. Yeganə o, baş verə bilər ki, İranın ərazi suları sayılan ərazilərdə Tehran yoxlamaların sayını artıra bilər, gəmilərin buraxılma vaxtını uzada bilər. Bu da həmin boğazdan keçən keçən neft tankerlərinin hərəkətini yavaşlada bilər. Mən düşünmürəm ki, Hörmüz boğazından keçid tamamilə dayandırılacaq. Çünki bu çox böyük, ciddi beynəlxalq münaqişələrə səbəb ola bilər.

Fatima ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar