Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib

Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib

İzmirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib.

İclasda Azərbaycanı Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.

Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, bu sahədə dinamik inkişafı qorumaq üçün həyata keçirilən tədbirlər və digər məsələlər barədə geniş məlumat verən nazir İnam Kərimov qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük səmərə verdiyini bildirib.

Türkiyənin kənd təsərrüfatı sahəsində geniş imkanlara malik olduğunu vurğulayan nazir Bekir Pakdemirli Azərbaycanla əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.

Qeyd olunub ki, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün mövcud imkanlardan daha səmərəli istifadə etməyi hədəf götürüblər. Bu əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində geniş perspektivlər, o cümlədən məhsulların ixrac həcmini artırmaq üçün yeni imkanlar yaranıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazirlər diqqətə çatdırıblar ki, Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatının bütün sahələri üzrə mövcud olan səmərəli əməkdaşlıq dinamik inkişafdadır.(Report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar