Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İpoteka və Kredit Zəmanət Fondu ötən il xalis mənfəətini 29% artırıb

Fondun cəmi aktivləri bu il yanvarın 1-nə 1 271,749 milyon manat təşkil edib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il yanvarın 1-nə 1 271,749 milyon manat təşkil edib.

Fondun audit hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,7% çoxdur.

İKZF-nin aktivlərinin 886,489 milyon manatını ipoteka kreditləri təşkil edib. 2018-ci ildə Fondun kredit portfeli 29,7% böyüyüb.

Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 35,5% artaraq 738,65 milyon manata, o cümlədən buraxdığı qiymətli kağızların dəyəri 28,6% artaraq, 692,598 milyon manata, Fondun cəmi kapitalı isə 29% artaraq 533,099 milyon manata, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 466 milyon manata çatıb.

Ötən il İKZF-nin faiz gəlirləri 47,989 milyon manat (əvvəlki ilə nisbətən 32,4% çox), faiz xərcləri 17,414 milyon manat (36,6% çox), dəyərsizləşmə üzrə zərəri 762 min manat (8,7% çox), haqq və komissiya gəlirləri 634 min manat (əvvəlki il olmayıb), haqq və komissiya xərcləri 804 min manat (24,1% çox), digər gəlirləri 824 min manat (5,2% çox), insan resursları üzrə xərcləri 3,566 milyon manat (56,95% çox), inzibati və digər xərcləri 2,352 milyon manat (27% çox), mənfəət vergisi ödəmələri isə 5,095 milyon manat (36,7% çox) təşkil edib. Son nəticədə Fond 2018-ci ili 19,456 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 29,2% çoxdur.(Report )

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar