Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bundan artıq adam aparmaq mümkün olmayacaq” – QMİ

Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib:Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

“Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünki 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq”.

Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlayır:

“İndiyədək müracət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək istəyənlər olacaq. Belə insanlar daha çox axırda müraciət edirlər”.

QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq.

“Müraciət müddəti iyul ayının əvvəlinə qədərdir. Həmin vaxta qədər sənəd qəbulu davam edəcək. Viza verilməsinin bir müddəti var. Səfər yalnız təyyarə ilə təşkil edilir. Aviabiletlərin xərci Həcc ziyarətinin qiymətlərinə daxildir”.

H.Babayev qiymət bahalaşmasının qarşı tərəfdən asılı olduğunu vurğulayıb: “Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ötən il bu rəqəm 4150 dollar idi. Bu Səudiyyə Ərəbistanında otellərdə baş verən qiymət artımı ilə bağlıdır. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxildir. Həccə gedən zəvvar yalnız qurbanı özü kəsir”.

QMİ-nin məsul işçisi Həccə getmək üçün müraciət etmək istəyən insanlara sənədləri vaxtında təqdim etməyi tövsiyə edib.

pia.az


Etiket: Həcc ziyarəti

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar