Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci vitse-prezident İçərişəhərin 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən konstruksiya olunmasını tapşırıb

İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama verib.

İdarədən bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb.

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb. Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək", - açıqlamada qeyd olunub.(Report.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar