Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz, Rusiya olmadan Koreya probleminin Qordi düyünü açıla bilməz”

KREMLİN AÇIQ ŞƏKİLDƏ TRAMPA GÖNDƏRDİYİ MESAJ

Mansur Miravalev

“Əl-Cəzirə”, 26.04.2019

Kreml Kimin Rusiyaya ilk səfərini, iki ay əvvəl Hanoyda ABŞ-Şimali Koreya danışıqlarının uğursuzluğundan sonra, Koreya yarımadasının nüvəsizləşdirilməsində Moskvanın nə qədər mühüm oyunçu olduğunun sübutu üçün tarixi bir hadisə kimi təqdim etməyə çalışıb.

Hökumətin nəzarətində olan kütləvi informasiya vasitələri Çərşənbə günü Kimin zirehli qatarının Vladivostoka necə gəldiyini ətraflı təsvir edib.

Rusiya səlahiyyətliləri onu ənənəvi qaydada duz-çörəklə qarsalayıblar. Şimali Koreya lideri birgünlük səfəri çərçivəsində teatr, muzey və s. baş çəkib.

“Koreya-Rusiya əlaqələrini yeni, daha yüksək səviyyəyə qaldırmağa hazırıq”, – Kim Cümə axşamı günü Vladimir Putinlə üç saatdan çox davam edən təkbətək görüşdən sonrakı qəbulda bildirib.

Putin deyib ki, “danışıqların nəticələrindən xoşbəxtdir” və o, Moskva ilə Pxenyan arasında “dostluq və əməkdaşlığı möhkəmləndirmək” niyyətini açıqlayıb.

“Qarşılıqlı maraqlar”

Kim əlaqələrin əhəmiyyətini vurğulayıb və bildirib ki, əlaqələr güclənib, hər iki ölkə isə “tarixin qarşılarına çıxardığı çətinlikləri adlayıb”. “İki ölkənin xalqı Şimali Koreya-Rusiya əlaqəsinin mahiyyətini anlayır və bu, yalnız qarşılıqlı maraqlarımıza xidmət etmir, eyni zamanda, regionda sülh və sabitliyi təmin etmək üçün də vacibdir”.

Ancaq zirvə toplantısının əhəmiyyəti nəzərə çarpmayıb, çünki bu, Koreya münaqişəsinin həll üçün heç bir fayda gətirməyib və danışıqlardan sonra heç bir razılaşma imzalanmayıb.

Ekspertlər deyirlər ki, Kimin Rusiyaya səfərinin əsl məqsədi ABŞ-ın təpkisi ilə bağlı danışıqlarda müəyyən zaman qazanmaq və ABŞ prezidenti Donald Trampın öz təhdidləri ilə çox uzağa getdiyi təqdirdə, Rusiyadan müqəvva kimi istifadə etmə cəhdi idi.

Regional Problemlər İnstitutu analitik mərkəzinin (Moskva) baş direktoru Dmitri Juravlyov “əl-Cəzirə”yə deyib: “Bu, Şimali Koreyanın ABŞ-a göstərmək istədiyi, danışıqlarda lazım olan halqanı yarma addımı idi. Yəni baxın, Moskva ilə yaxşı münasibətlərimiz var, əgər bir şey olarsa, biz qorunmaq üçün ona üz tutacağıq ki, Moskva yumruqlarını sizə silkələsin”.

Çin də Şimali Koreyanın əsas beynəlxalq dəstəkçisidir, amma Rusiyanın Kim sülaləsini dəstəkləməsi üçün çoxlu səbəbi və maraqları var.

Sovet İttifaqı olmasaydı, Şimali Koreya mövcud olmayacaqdı: kommunist Moskva onilliklər boyu kiçik vassalını ərzaq, yanacaq və diplomatik müdafiə ilə təmin edib.

Moskva hələ də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında veto hüququna malikdir və Şimali Koreyaya aid hər bir şeydə rol oynamaq istəyir. Bu iki dövlət ortaq sərhədi paylayır və Rusiya Şimali Koreyanın ən azı 10 min miqrantı üçün dolanışıq yeri, habelə Pxenyan üçün mühüm valyuta mənbəyidir.

Rusiya qonşuluğunda nüvə fəlakəti istəmir, amma Şimali Koreyanı silahsızlaşdırmağa marağı məhduddur; Kim xanədanının iflası, ehtimal ki, vahid Koreyanın ABŞ müttəfiqi və ABŞ hərbi bazalarının Rusiyanın Sakit okean əyalətlərinin yanında peyda olması deməkdir.

Cümə axşamı zirvəsində Putin və Kim “Şimali Koreya ilə ABŞ arasındakı hər hansı bir razılaşma halında, Rusiyanın beynəlxalq zaminlərdən biri olacağına dair razılığa gəlib”. Bunu Rusiya xarici işlər nazirinin müavini və Şimali Koreya üzrə ekspert Andrey Fyodorov “əl-Cəzirə”yə bildirib.

Rusiya, həmçinin Şimali Koreyanın silahsızlaşdırma üçün şəraiti formalaşdırmağa kömək edəcək.

ABŞ-ın tələbləri Kimi qane etmir

Fevral ayında Kimin ABŞ prezidenti Donald Trampla apardığı danışıqlar uğursuz olub, çünki Pxenyanın nüvəsizləşdirilməsi və Vaşinqtonun sanksiyalarını ləğv etməsi üçün Ağ Evin tələblərinə dair razılaşma əldə edilməyib.

ABŞ-ın tələbləri Kimi qane etmir, onlar çox genişdir, kosmik və kimyəvi tədqiqatların qadağan edilməsindən tutmuş bütün həyat sahələrinə qədər çox şeyi əhatə edir, – Fyodorov bildirib. – Ona görə də, Rusiya, ABŞ və Çinin əsas vəzifəsi nüvəsizləşdirmənin gerçək formulu ilə ortaya çıxmaqdır”.

Putin Cümə axşamı günü yollandığı Çində silahsızlaşdırma mövzusunda müzakirələr aparacağını söyləyib. “Mən, əlbəttə, sabah Pekində Çin liderləri ilə danışacağam, amma bugünkü görüşü ABŞ liderləri ilə də açıq şəkildə müzakirə edəcəyik”, – deyə Putin sammitdən sonra jurnalistlərə bildirib.

Moskvanın Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar danışıqlardakı rolu Vaşinqtonla təmasda qalan bir neçə nöqtədən biridir. Çünki Rusiya ilə Qərb arasında əlaqələr Krımın ilhaqı və Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsi səbəbiylə Soyuq müharibə dövrünə qayıdıb.

“Biz, Rusiya olmadan Koreya probleminin Qordi düyünü açıla bilməz”, – Dmitri Juravlyov bildirib.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar