Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim Çen In 4 diplomatı sıraya düzdürüb güllələtdirdi

Trampa görə...

Şimali Koreya (KXDR) lideri Kim Çen İn bu ilin fevral ayında Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Trampla ikigünlük görüşünün uğursuzluqla bitməsinə görə 4 diplomatı güllələtdirib.

Bu sensasion məlumatı Yaponiyanın “Asia Press” qəzeti yayıb.

Məlumatda qeyd edilir ki, Kim Çen In həmin diplomatları Trampla görüşdən əvvəl ABŞ tərəfinə gizli məlumatları sızdırmaqda ittiham edib: “Beləliklə, Kim Çen In Trampla ikigünlük sammit çərçivəsində apardığı danışıqların uğursuzluqla nəticələnməsində həmin 4 diplomatı cavabdeh sayıb. Bu səbəbdən onları sıraya düzdürərək, güllələtdirib. Güllələnmə Kommunist Partiyası rəhbərliyi ilə yüksək çinli hərbçilərin gözlərinin qarşısında hərbi manqa tərəfindən gerçəkləşdirilib”.

Bu sensasion məlumat dünya mətbuatında böyük müzakirəyə səbəb olsa da, Şimalı Koreya hər hansı bir açıqlama verməyib.

Xatırladaq ki, fevralın 27 və 28-də  Hanoyda keçirilən sammitdə Tramp Kim Çen İni dostu adlandırıb,  Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu desə də, tərəflər bir çox həssas məsələlərdə razılığa gələ bilməyib.

Halbuki Ağ Ev ikilinin bu görüşünün sonunda saziş imzalanacağını bəyan etmişdi. Hətta tərəflər arasında sazişin imzalanması sammitin proqramında da nəzərdə tutulmuşdu.

Onu da qeyd edək ki, Hanoy sammiti ilə bağlı ən böyük gözlənti Koreya yarımadasının nüvəsizləşdirilməsi – Şimali Koreyanın nüvə silahından imtinası istiqamətində irəliləyişə nail olmaq idi. Buna baxmayaraq, Tramp və Kim Çen arasında danışıqlar gözlənildiyindən tez başa çatmış, liderlər işgüzar nahara belə qatılmamışdılar.(Strateq.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar