Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

10 min dollardan artıq kreditlərlə bağlı da təkliflər hazırlanıb

Hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm - Vahid Əhmədov

Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir. Bu barədə yerli KİV-lərdə müxtəlif məlumatlar yayılıb.

İqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.

Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: “Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.(Virtualaz.org)

pia.az

 


Şərh yazın.

loading...