Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Bakının daşınmaz əmlak bazarında qiymətlər artıb

 Ekspert detalları açıqladı

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Bu barədə bazarı araşdıran MBA konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə həm sayda, həm də qiymətlərdə göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə, 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımının, təqribən, 6-8% civarında olması gözlənilir”.

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında, ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8%ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin – ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.(Report.az)

pia.az

 


Şərh yazın.

loading...