Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan generalı Rusiyadan siyasi sığınacaq istədi

Ermənistanın məhkəmə qərarlarının məcburi icrası Xidmətinin keçmiş rəisi, ədliyyə generalı Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Poqosyan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi və bu günlərdə onun Moskvada tutulduğu məlum olmuşdu. Rusiya tərəfi Poqosyanın ekstradisiyası ilə bağlı müraciətə baxarkən erməni general ölkəsinə verilməməsi üçün siyasi sığınacaq istəyib.

Miqran Poqosyanın adı “Panama sənədləri”ində açıqlanmışdı və onun xaricdə biznes aktivlərinin olduğu üzə çıxmışdı. Onun Rusiyadan sığınacaq istəməsi Ermənistanda fərqli reaksiyalara səbəb olub. Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri, hazırda korrupsiya ittihamı ilə istintaq altında olan David Sanasaryan Facebook-da yazıb: “Hər yoldan ötən cinayətkara və ağzından tüpürcək axana general rütbəsi verəndə belə biabır olmalıydıq. Ciddi zabit mədəniyyətinə malik ölkələrdə general rütbəsi daşıyanlar hətta işgəncə altında başqa ölkələrdən siyasi sığınacaq istəməzlər, öz ölkələrinə təslim olarlar ki, poqonlarını daşıdığı institutun divarları əlçatmaz olsun. Hərçənd Poqosyan kimiləri üçün şərəf yad anlayışdır”.

Parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri Babken Tunyan isə deyib ki, ölkənin keçmiş yüksək rütbəli şəxsinin, dövlət sirlərinə çıxışı olan generalın başqa ölkədən siyasi sığınacaq istəməsi yaxşı hal deyil. Və o, vətəndaş kimi buna neqativ baxır. “Habelə vətəndaş kimi mən Miqran Poqosyanın necə general olduğuna da təbəssümlə baxıram”-o bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar