Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq poqonluların soyğunu: 4 qarətçi, 4 qurban – 30 mənzil almağa yetəcək pul

Hadisə baş verəndən dərahal sonra, 15-20 dəqiqə keçməmiş Moskva şəhər Partiya Komitəsinin birinci katibi Boris Yeltsin, şəhər prokurorluğu və daxili işlər idarəsinin rəhbərliyi Moskvanın Mojayskoe şossesindəki “Molodost” univermağına gəlirlər

Univermağın həyətində inkassator maşınına silahlı basqın zamanı 3 nəfərin qətli ilə nəticələnən cinayət işinin isti izlərlə açılması üçün elə ilk əməliyyat müşavirəsi univermağın birinci mərtəbəsindəki satış salonunda keçirilir. Bu ayaqüstü müşavirədə həmin vaxt xalq arasında populyarlaşmağa başlayan Yeltsinin səsi daha ucadan gəlir: “Ən qısa müddət ərzində cinayətkarlar yaxalanmazsa, onların kameradakı yerlərini siz tutacaqsınız...”

Hadisə 14 noyabr 1986-cı ildə axşam saatlarında “Molodost” univermağında baş verib. Qarətin bu məkanda baş verməsi təsadüfi olmayıb. Çünki həmin dövrdə “Molodost” univermağı defisit malların tapıldığı və alış-verişi daha çox olan ticarət mərkəzi kimi tanınıb.

Qarət planı iki ay ərzində hazırlanıb. Əvvəlcədən ən xırda detallar təkrar-təkrar ölçülüb-biçilib. İnkassator maşınlarının hansı saatda univermağa gəldiyi müəyyənləşdirilib. Maşında neçə nəfər inkassatorun olması və maşının univermağın giriş hissəsindən deyil, araxadan həyətə girməsi də dəqiqləşdirilib.

Dörd nəfərlik “qrup”un iş bölgüsü hazırlanıb. Plana görə, inkassator maşını arxa tərəfdən univermağın həyətinə girib pulların daşınma prosesinə başlayanda, iki nəfər univermağın əsas giriş qapısında çox kiçik bir partlayış törətməklə diqqəti ora yönəltməli, həmin anda digər iki nəfər isə həyətdə, inkassatorlarda olan pulları ələ keçirməli imiş.

Saat 21.10-da inkassator maşını univermağın həyətinə daxil olub. Maşında olan üç inkassatordan biri pulları gətirmək üçün univermağa girib. Bu məqamda univermağın yol tərəfindəki girişində partlayış səsi eşidilib. Pulları götürüb maşına yaxınlaşan inkassator qarətçilər tərəfindən bir güllə ilə öldürülüb. Digər iki inkassator silahlarına əl atmağa macal tapmayıblar. İkinci inkassator da yerindəcə güllələnib. Üçüncü inkassator aldığı güllə yarasından huşunu itirərək yıxılıb. Qarətçilər onu da ölmüş zənn ediblər. Bu məqamda təsadüfən hadisə yerinin yaxınlığında olan milis serjantı Vera Alfimova qarətçilərə mane olmaq istəyib. Amma xidmətdə olmadığı üçün tabel silahı üstündə olmayıb. Qarətçilərdən biri 4 güllə ilə onu da susdurub və özünü itirdiyindən “plan”a uyğun olmayaraq qarşıdakı yaşayış massivindəki binaların arası ilə qaçmağa başlayıb. Digər üç qarətçi isə gəldikləri “VAZ- 2108” avtomobilinə doluşaraq aradan çıxmağa cəhd ediblər. Ancaq çox keçməmiş onların cəhdi boşa çıxıb. Patrul maşını onları saxlamağa nail olub. Atışma başlayıb, qarətçilərdən biri yaralanıb. Patrullardan xilas olan qarətçilər daha 1-2 kilometr məsafə qət edə biliblər. İki qarətçi yaralanmış “dost”larını yolda öldürərək Lomonosov prospektinə atıblar. Bir neçə milis maşını ilə izləndiklərini görən qarətçilər maşından düşüb qaşmağa başlayıblar. Hətta pulları götürməyə imkan tapmayıblar. Köhnə qazanxanaların birində gizlənən qarətçilər elə gecə ikən yaxalanıblar. Miliş serjantını güllələyib “qrup”dan ayrı düşən qarətçi isə çox da uzağa qaça bilməyib. Evlərinə cataçatda onu da yaxalayıblar. Amma o, əməliyyat işçilərinin onun qollarına qandal vurmasına imkan verməyib, tapançasındakı sonuncu güllə ilə özünü öldürüb.

Qarətçilər kimlər olub?

1955-ci il təvəllüdlü, əvvəllər daxili işlər orqanlarında işləmiş, xidməti vəzifəsindən sui-istifadə etdiyinə görə orqandan uzaqlaşdırılmış İqor Kniqin;

1959-cu il təvəllüdlü, əvvəllər daxili işlər orqanlarında işləmiş, xidməti vəzifəsini yerinə yetirərkən şübhəli qism şəxsində saxlanılan şəxsə ağır bətən xəsarəti yetirdiyinə görə 3 il azadlıqdan məhrum edilmiş Valeri Finayev;

1957-ci il təvəllüdlü, əvvəllər sovet ordusunda baş leytenent rütbəsində hərbi hissə komandirinin siyasi işlər üzrə müavini, sonralar xidməti uyğunsuzluğa görə xidmətdən uzaqlaşdırılan Yevgeni Subaçov;

1946-cı il təvəllüdlü, əvvəllər SSRİ DTK-nın 9-cu idarəsinin əməkdaşı Konstantin Qolubkov.

Moskva Hərbi Dairəsinin hərbi tribunalının hökmü ilə Yevgeni Subaçov 15 il azadlıqdan məhrumetmə cəzasına, Valeri Finayev isə ən ağır cəzaya, güllələnməyə məhkum edilib.

Uğurlu əməliyyatın elə səhərisi günü Boris Yeltsin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib. Əməliyyatın gedişi ilə bağlı məruzələri dinlədikdən sonra o, “həbsxana kameralarında əziyyət çəkməkdənsə, çiyinlərdə bir az da ağır yük daşımaq daha yaxşıdır” deyə əməkdaşları növbədənkənar rütbələrlə mükafatlandırıb.

Qeyd edək ki, bu hadisə SSRİ tarixində inkassatorlara qarşı olan ən böyük qarət hadisəsi sayılıb. Belə ki, qarətçilər, özlərinə qismət olmasa da, 330 min rubl ələ keçirə biliblər. 1986-cı ildə bu pula 57 ədəd “Jiquli” maşını, 250 ədəd həmin dövrdə çox dəbdə olan “Elektronika” videomaqnitafonu, Moskvada 30 kooperativ mənzil almaq olardı.(musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar