Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər fürsətdə onu qınayırsınız, amma nə üçün?”

Fikrət Qoca Anarın müdafiəsinə qalxdı

“Yazıçılar Birliyi Səbail rayonun ərazisində yerləşir və bu rayonun İcra başçısının birinci müavini Xalidə xanım uzun illər boyu təşkilatımıza xeyirxah münasibət bəsləyir, tədbirlərimizdə iştirak edir, yazıçıların ona aid olan bütün məsələlərini həll etməkçün əlindən gələni əsirgəmir. Əsas vəzifəsindən başqa yeniyetmələr və uşaqlarla iş üzrə rayon komissiyasının sədri kimi, Xalidə xanımın bu məsələyə necə sədaqətlə və məsuliyyətlə yanaşmasını bilirəm”.

Bu fikirlər yazıçı Anara məxsusdur.

Xalq yazıçısının 162 saylı məktəbin şagirdi Elinanın intihar hadisəsində adı çəkilən Səbail rayon icra akimiyyəti başçısının xanım müavini Xalidə Bayramovanı müdafiə etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bu mövqeyinə görə kəskin tənqid edilib.

PİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca “Yeni Sabah”a bu tənqidlərlə bağlı açıqlama verib:

“Açığı, Anarın həmin məqaləsini oxumamışam. Bilmirəm nə yazıb, camaat nəyə görə onu qınayır. Anarı hər fürsətdə qınayırsınız, amma nə üçün? Niyə belə yazırlar? Anar nə yazıb ki, başa düşmədim”.

F.Qoca ardınca intihar edən şagirdin istintaqı ilə bağlı düşüncələrini bölüşüb:

“Qoyun, onlar işini görsünlər, yəni məsələ ilə bağlı istintaq davam etsin, haqq yerini tapsın. İstintaqa elə şeylər lazımdır ki, haqq yerini tapa bilsin. Biz istəmirik bunu? Haqqı müdafiə etməliyik də. Elə etmək lazımdır ki, iş bu yerlərə gəlib çıxmasın. Cinayət işlənib, qarşısını almalıyıq. İndi qələt etmişik, heç olmaya olan hadisədən nəticə çıxaraq. Hamımız məktəbdə olan hadisələrə göz yumuruq. Noldu indi, hamı birdən ayılıb. Burda artıq cinayət var. İcazə verin, aidiyyatı insanlar, bilənlər bunu araşdırsın. Nəticə ilə qane olmasaq, münasibətimizi deyərik”.

Xalq şairinin sözlərinə görə, qabaqcadan hay-küy salıb, təzyiqlə həqiqətin belini qıra bilərik:

“Bu, düzgün deyil. İndi şükür, bisavad adam yoxdur, hamı təhsillidir. Gözləyin, səbr edin. Təhsilin də başlanğıcı səbrdir. Fikrini deməyə də səbrin çatmır, çartladırsan özünü. Özünü haqlı bilirsən, hökm verəndə özünü qanun səviyyəsində tutursan. Oxucu da, tamaşaçı da öz yerini bilməlidir. Gərək hakimin, prokurorun, müstəntiqin nə dediyini bilək. Biz düşmən deyilik ki. Axtarsaq , bəlkə də hamımız qohum çıxarıq. O saat düşürlər ki, Anar düz demədi, filankəs düz deyir. Özü də bunu heç dəxli olmayan adam deyir”.

pia.az


Etiket: Fikrət Qoca

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar