Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki erməni-PKK birliyini görməliyik...

Beynimizə yeridildiyi kimi PKK bir “kürd təşkilatı”dır, yoxsa “Erməni terror təşkilatı?”

Selcan Daşçı Hamşioğlu,
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 aprel 2019-cu il

PKK/YPG/PYD Daşnak ermənilərindən ibarət bir terror təşkilatı yaradıb. Suriyada türk sərhəddinə yerləşdirilən təşkilat bu gün, yəni türklərin “Erməni soyqırımı” böhtanına görə imperialistlər və əlaltıları vasitəsilə mühakimə etmədən günahlandırıldığı 24 aprel tarixində bütün dünyaya elan olunacaqdı.

***

Əslində, elan etməyə ehtiyac yoxdur. Nə deyirdi PKK-lı terrorçular: “1915-ci ilin intiqamını alırıq!”.

***
Beynimizə yeridildiyi kimi PKK bir “kürd təşkilatı”dır, yoxsa “Erməni terror təşkilatı?”

Bu terror təşkilatənın başındakı şəxs Abdulla Öcalan idi, yoxsa Artin Aqopyandır?

Məsələn, Şəmdin Sakık nənəsinin erməni olduğunu özü etiraf etməmişdimi?

“Mavi bazar”ı yandıranlardan biri olan “Zazan Bertin” son təhlildə "Yohannes"in nəvəsi çıxmadımı?

Hər şey bir tərəfə, guya kürdləri milli haqqlarına qovuşdurmaq üçün terror törədən bir təşkilatın kürdlərdən ən önəmli hüquqlarını, yəni həyatlarını oğurlaması belə kifayət qədər şübhəli gürünmürmü?

***

MKİ-nin 1984-cü il tarixli “Gizli Erməni Ordusu” sənədini bir oxuyun, məncə.

PKK-nın erməni terror təşkilatları əsasında qurulması və “iş praktikası”nı da ASALA-dan nümunə götürməsi haqqında yazılan sənəddə həm kürd, həm də erməni üsyanlarının hamisi belə deyib: “1980-in noyabrında Strasburqdakı türk konsulluğuna qarşı planlanmış qanlı hücumu “ASALA-PKK ittifaqı” ortaq şəkildə həyata keçirmişdi!”

MKİ sənədlərindən birində isə deyilir: “1984-ün yayında PKK öz əsgərlərindən, digər kürd və solçu qruplardan və böyük ehtimalla, bəzi erməni terrorçulardan ibarət “HRK” adı ilə tanınan bir qruplaşma yaratmışdı”. (26 avqust, 1985 tarixli sənəd)

Türkiyədə yaşayan ən önəmli insanlardan olan Yusif Xalaçoğlu Xocanın diqqətləri “PKK-nın erməni kimliyinə” çəkmək üçün hansı təhdidlərin, təhqirlərin, necə bir xəyanət ittifaqının qarşısında tək qalmağı gözə aldığına bir baxın.

Yusif Xoca “Böyük Ermənistan” ideyasında olanların PKK-ya niyə ehtiyac duyduqlarını da belə izah etmişdi: “ABŞ 1970-dən etibarən Sovet hökumətinin çökəcəyini və bir türk dünyasının yaranacağını bilirdi. Sovet ittifaqı 1990-cı ildə çökmüşdü. Eyni zamanda PKK-nın Türkiyədə etdiyi təxribatlara nəzər salın. PKK-nı məhv etməyə xərclədiyimiz gücü türk cümhuriyyətlərinə xərcləsəydik, görün nələr olardı!”.

Gəlin bu gün fərqli bir şey edin - düşünün!

***

HDP-nin Ərciş bələdiyyəsinin “cüt sədri” olduğu dönəmdə Diba Kəskinin niyə belə bir çıxış etdiyini də düşünmək lazımdır: “Ərciş ermənilərin yaşadığı bir ərazidir. Bu gün hər nə qədər erməni xalqına edilmiş zülmü xatırlatsa da, Ərciş bələdiyyəsi olaraq 24 apreldə erməni üzümünü əkərək bir yandan tarixlə üzləşmək, bir yandan da xalqların qardaşlığı məsələsini xatırlatmaq istəyirik. Adına Sülh Bağları dediyimiz bu bağı bütün xalqlar eyni anda quracağıq”.

Dönəmin HDP-li Van böyük şəhər bələdiyyə “cüt sədrləri” Bəkir Qaya və Xədicə Çobanın niyə türk qadınlarının məruz qaldığı erməni zülmünə görə adı “təcavüz adası” kimi yadda qalan Ağdamara qarşı “Erməni Olimpiya Məşəli”ni yandırdığını da bir düşünün...

Niyə HDP-li Bitlis, Mutki, Güroymak, Sur bələdiyyə sədrləri ilə birlikdə Yerevandakı Hamahayqaqan Oyunlarının “xüsusi qonaqları” olduqlarını bir düşünün...

Ən çox da BDP-lilərin niyə türk qatili olan Sarkisyana “Buradakı əmanətlərinizin keşikçiləriyik!” mesajı göndərdiklərini bir düşünün!

***

Bunların hər biri digərini tamamlayır. Ermənistanın keçən il PKK-lı terrorçuları sistemli şəkildə Qarabağa yerləşdirdiyini təsdiqləyən sənədi də unutmayın!

***

Qurulduğu gündən bu yana onsuz da ASALA mövcud ikən, PKK-dan içəri, PKK-nın Suriya quruluşunun bir erməni terror birliyi qurmasına təəccüblənməliyikmi, yoxsa Vanlı milliyətçi bir şəxsiyyətimizin bu sözlərinə fikir verməliyik:

PKK Şərqi Anadoluda Böyük Ermənistan xəritəsini tamamlamağa çalışır. Kürdləri heç saya salmırlar. Kürdlərdən əlaltıları kimi istifadə edirlər. Səsini çıxarmağı bacaranlar gəlsin bunu buradakı kürd nəsillərinə danışsınlar, plan başqadır... Kürd görünüşünə bürünmüş Kripto ermənilər deyil, bizim bu torpağın kürdləri nəyə alət etdiklərini bilsələr, bizdən əvvəl onlar bu tələni darmadağın edərlər. Amma bilmirlər. Öyrənməmələri üçün hər cür izolyasiya edilirlər... Kürdü bizdən oğurlayırlar, bizi bizdən qoparıb Böyük Ermənistana qul edəcəklər”.

Bu fəryada qulaq verib artıq oyanacağıq, görəsən?!

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar