Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil”

“Mən əminəm ki, bu hesabat BMT-yə qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən təqdim edilməyib. BMT-nin rəsmi saytında yalnız bu təşkilatın üzvlərinin hesabatları dərc edilə bilər. Ona görə də deyə bilərəm ki, bunu yalnız Ermənistan Respublikası edə bilərdi”

Bunu ONA-ya müsahibəsində rusiyalı ekspert Oleq Kuznetsov qondarma “Dağlıq Qarabağ Respublikası”nın hesabatının BMT-nin rəsmi saytında yerləşdirilməsini şərh edərkən deyib.

Oleq Kuznetsov qeyd edib ki, BMT-nin Nizamnaməsinə əsasən, qurumun hər bir üzvü öz statusuna uyğun olaraq hesabatlar dərc edə bilər, sənədin məzmununa görə də həmin üzv ölkə məsuliyyət daşıyır: “Ermənistanın BMT-dəki nümayəndəliyinin sənədi BMT-nin sənədi deyil".

Ekspert, həmçinin, vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin xalqların sülhə hazırlanması yolu ilə həll ediləcəyinə inanmır: “Mən bu haqda hələ 2012-ci ildə yazmışam. Hesab edirəm ki, Samuel Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini izah edir. Çünki düşünürəm ki, bu, doğrudan da sivilizasiyaların, bir-birinə zidd dünyaların toqquşmasıdır”.

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli mümkün deyil: “Dağlıq Qarabağ münaqişəsi qlobal geosiyasət çərçivəsində Cənubi Qafqazdan kənarda yerləşən qüvvələr tərəfindən istifadə olunur. Münaqişə Qafqazda yaradılmayıb, ona görə də onun sülh yolu ilə həlli mümkün deyil. Bu münaqişənin əsas benefisiarları nə Bakıda, nə də İrəvandadır”.

pia.az


Etiket: Oleq Kuznetsov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar